• $
  • €
  • ₽
  • ₺
  • £

WSJ: Tramp administrasiyası İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlaşır

WSJ: Tramp administrasiyası İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlaşır
29.04.2026 08:43

ABŞ Prezidenti Donald Tramp administrasiyasına İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlıq görməyi tapşırıb. Bu barədə The Wall Street Journal ABŞ rəsmilərinə istinadən məlumat yayıb.


Nəşrin yazdığına görə, strategiya İranın neft ixracını və gəmiçilik fəaliyyətini məhdudlaşdırmaqla iqtisadi təzyiqi artırmağı hədəfləyir. Qərar Ağ Evdə keçirilən müzakirələrdən sonra, hərbi eskalasiyaya alternativ variant kimi seçilib.


Məlumata əsasən, administrasiya bombardmanların bərpası da daxil olmaqla bir neçə ssenarini nəzərdən keçirsə də, onları daha riskli hesab edib. Bu səbəbdən iqtisadi təzyiq vasitəsi kimi blokada variantına üstünlük verilib.


Reuters agentliyi də bildirir ki, plan İran limanlarına gəmi hərəkətinin məhdudlaşdırılmasını və neft ixracının azaldılmasını nəzərdə tutur ki, bu da Tehranın maliyyə resurslarını zəiflətməyə yönəlib.


Məlumatlara görə, ABŞ və İsrailin 2026-cı ilin fevral-mart aylarında İranın hərbi və infrastruktur obyektlərinə zərbələr endirməsindən sonra tərəflər arasında müvəqqəti atəşkəs əldə olunsa da, danışıqlar nəticəsiz qalıb. Bu fonda Vaşinqton daha uzunmüddətli təzyiq alətlərinə üstünlük verməyə başlayıb.


Blokada çərçivəsində İran limanlarına yönələn və ölkədən çıxan gəmilərin monitorinqi həyata keçirilir, neft ixracı məhdudlaşdırılır. ABŞ hesab edir ki, bu tədbirlər Tehrana gündəlik yüz milyonlarla dollar zərər vura bilər.


Eyni zamanda, İran qlobal enerji tədarükündə mühüm marşrut olan Hörmüz boğazı üzərindən nəqliyyatın hərəkətini məhdudlaşdırmaqla cavab tədbirləri görür.


Böhran qlobal enerji bazarlarına da təsir göstərib. Reuters-in məlumatına görə, neft qiymətləri artaraq Brent markası üzrə bir barel üçün 111,78 dollar, WTI markası üzrə isə 100,50 dollara çatıb.


ABŞ-da isə yanacaq qiymətlərinin artması daxili bazara təsir edib. WSJ-nin məlumatına görə, benzinin orta qiyməti qallon üçün 4,18 dollara yüksəlib ki, bu da inflyasiya təzyiqlərini artırır.


Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Dünya 19:01
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Dünya 22:42
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol