• $
  • €
  • ₽
  • ₺
  • £

Hörmüz boğazı böhranı Türkiyəyə 24 milyard dollara qədər əlavə xərc yarada bilər

Hörmüz boğazı böhranı Türkiyəyə 24 milyard dollara qədər əlavə xərc yarada bilər
29.04.2026 16:28

 Hörmüz boğazında mümkün gərginlik və ya bağlanma ssenarisi ölkənin enerji idxalı xərclərini əhəmiyyətli dərəcədə artıra bilər. Bunu Türkiyənin enerji naziri Alparslan Bayraktar bildirib.

Bayraktar çərşənbə axşamı jurnalistlərə açıqlamasında qeyd edib ki, neft qiymətlərinin orta hesabla 100 dollar səviyyəsində qalacağı halda Türkiyənin əlavə enerji xərcləri ilin sonunadək təxminən 13,6 milyard dollar təşkil edəcək. Qiymətlərin 125 dollara yüksəlməsi halında isə bu göstərici 24 milyard dollara çata bilər.

“Bunlar əlavə xərclərdir,” – nazir bildirib.

Onun sözlərinə görə, mümkün böhran Türkiyə dövlət büdcəsinə də ciddi təsir göstərə bilər və təxminən 600 milyard türk lirəsi (təxminən 13,3 milyard dollar) həcmində vergi itkisi riski yaradır.

Hörmüz boğazı qlobal neft ticarətinin əsas tranzit marşrutlarından biri hesab olunur və dünya neft axınının əhəmiyyətli hissəsi bu su yolundan keçir.

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Dünya 19:01
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Dünya 22:42
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol