• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Ermənistanı xəyanət etməkdə ittiham edir

Rusiya Ermənistanı xəyanət etməkdə ittiham edir
05.05.2026 22:39

Rusiya Federasiya Şurasının üzvü Konstantin Kosaçev Ermənistan hakimiyyətini Moskva ilə münasibətlərdə “xəyanətdə” ittiham edib və bunu Rusiya üçün “vacib dərs” adlandırıb.

Senator öz Telegram kanalında yazıb ki, Ermənistan Gömrük İttifaqına qoşularkən bu qərarın əleyhdarları cəmiyyətin cəmi 5%-ni təşkil edirdi, lakin onların mövqeyi Qərb tərəfindən maliyyələşdirilən yüzlərlə təşkilat vasitəsilə dəstəklənirdi.

Onun sözlərinə görə, bu qüvvələr media və onlayn platformalarda da geniş təmsil olunurdu.

Kosaçev bildirib ki, inteqrasiyanı dəstəkləyən qüvvələr daha az resursa malik olub və nəticədə “uzun müddət yığılan ziddiyyətlərin partlaması qaçılmaz idi”.

O, həmçinin Ermənistanın hazırkı siyasi kursunu tənqid edərək qeyd edib ki, Nikol Paşinyan və onun siyasi komandası Qərbyönlü siyasəti əvvəlcədən hazırlanmış “təlimatlar” əsasında həyata keçirir.
Bu açıqlamalar Avropa Siyasi Birliyinin sammiti çərçivəsində İrəvanda keçirilən görüşlər fonunda səslənib.

Sammitdə Ermənistanın Avropa İttifaqı ilə münasibətlərinin dərinləşdirilməsi müzakirə olunub.
Paşinyan mayın 5-də ölkəsinin Avropa İttifaqına inteqrasiya kursuna sadiq olduğunu bildirib və Ukrayna prezidenti Volodimir Zelenski ilə görüş keçirib.

Eyni zamanda, Fransa prezidenti Emmanuel Makron Ermənistanın artıq Rusiyanın təsir dairəsində olmadığını deyərək, İrəvanın Avropaya inteqrasiya istiqamətində addımlarını müsbət qiymətləndirib.

Hadisələr fonunda regionda geosiyasi balansın dəyişməsi ilə bağlı müzakirələr güclənməkdə davam edir.

Aytac

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Dünya 19:01
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Dünya 22:42
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol