• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynada Azərbaycan diasporunun rəhbərinin avtomobili yandırıldı

Ukraynada Azərbaycan diasporunun rəhbərinin avtomobili yandırıldı
29.05.2020 01:17
Ukraynada Azərbaycan diasporunun rəhbərlərindən Hikmət Cavadovun maşını yandırılıb.APA TV-nin “Vesti.az” saytına istinadən yaydığı məlumata görə, dünən axşam saatlarında naməlum şəxslər “Köhnə Bakı” restoranın yaxınlığında Hikmət Cavadovun “Range Rover” markalı maşınının üzərinə benzin tökərək od vurublar. Restoranın işçiləri alovu söndürməyə macal tapıblar. Hadisə Hikmət Cavadov sahibi olduğu restorana gəldikdən yarım saat sonra baş verib. Maşına kimin od vurduğu bilinmir. Hikmət Cavadov “Vesti.az”a açıqlamasında bildirib ki, bu addımı atanlar maşının kimə məxsus olduğunu və sahibinin həmin an restoranda olduğunu biliblər. “Restoranın inzibatçısı dayanacaqda yanğın baş verdiyini görüb. Təəssüf ki, hazırda restoranda təmir işləri getdiyindən müşahidə kameraları işləməyib. Maşını yandıranların bundan da xəbərləri olub. Konkret heç kimdən şübhələnmirəm, bunun üçün əlimdə fakt yoxdur. Lakin hesab edirəm ki, baş verənlər mənim ictimai fəaliyyətimlə bağlıdır. Başqa variant yoxdur, çünki nə biznesdə, nə şəxsi münasibətlərdə münaqişədə olduğum kimsə yoxdur”.  ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol