• $
  • €
  • ₽
  • ₺
  • £

İran XİN region ölkələrinə xəbərdarlıq edib

İran XİN region ölkələrinə xəbərdarlıq edib
04.06.2026 23:56

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ-nin region ölkələrində yerləşən hərbi bazaları İrana qarşı hücumlarda istifadə olunarsa, həmin obyektlər Tehran üçün qanuni hədəfə çevriləcək.

"Tasnim" agentliyinin məlumatına görə, Əraqçi deyib ki, İran bu barədə region ölkələrini əvvəlcədən xəbərdar edib.

"ABŞ bazaları İrana qarşı təcavüzdə iştirak edərsə, onlar bizim qanuni hədəfimiz olacaq", – nazir bildirib.

Əraqçinin sözlərinə görə, İranın mümkün cavab tədbirləri region ölkələrinin ərazisinə deyil, ABŞ-yə məxsus hərbi obyektlərə yönələcək.

O əlavə edib ki, Tehran bu məsələ ilə bağlı region ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı ilə təmasları davam etdirib.

Nazir qeyd edib ki, regionun bir sıra ölkələri öz əraziləri və hava məkanlarının İrana qarşı istifadə olunmasına qarşı çıxsa da, ABŞ həmin imkanlardan istifadə edib.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Dünya 19:01
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Dünya 22:42
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol