• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar

Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
05.06.2026 11:24

 

 

Azercell Telekom Azərbaycan dili üçün süni intellekt imkanlarının inkişafı istiqamətində mühüm addım atıb. Şirkət Amazon Web Services (AWS) ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində böyük dil modellərinin (LLM) təlimi üçün praktik tətbiqə hazır texnoloji platforma yaradıb.

Qabaqcıl bulud texnologiyaları və süni intellekt həllərinin məhdud rəqəmsal resurslara malik dillərə uyğunlaşdırılması baxımından bu layihə AWS-in rəsmi platformasında uğurlu nümunə kimi təqdim olunub. Bu layihə ölkə üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan dilini anlayan və onun xüsusiyyətlərini nəzərə alaraq məlumatları düzgün emal edən süni intellekt sistemlərinin yaradılması ölkənin rəqəmsal inkişafı və texnoloji transformasiyası baxımından vacib istiqamətlərdən biridir.

Azərbaycan dili zəngin qrammatik quruluşu və nisbətən məhdud rəqəmsal dil resursları səbəbindən süni intellekt modellərinin öyrədilməsi üçün mürəkkəb dillərdən hesab olunur. 

Azercell və AWS-in birgə yaratdığı platforma Azərbaycan dilində daha böyük həcmdə mətnlərin emalı üçün zəmin yaradaraq süni intellekt modellərinin təlim prosesinin səmərəliliyini artırır. 

Bu əməkdaşlıq modeli qlobal texnologiya bazarında müşahidə olunan tendensiyanı da əks etdirir. Belə ki, hazırda dünyada telekommunikasiya operatorları və hiperskaler qismində çıxış edən dünyanın aparıcı texnologiya şirkətləri bulud xidmətləri, data analitikası və süni intellekt sahələrində innovasiyaların inkişafını sürətləndirmək üçün səylərini birləşdirirlər.

Azercell üçün bu əməkdaşlıq ənənəvi telekommunikasiya operatorundan texnologiya yönümlü rəqəmsal şirkətə transformasiyasında növbəti mərhələdir.
Qeyd edək ki, Azərbaycan dili üçün süni intellekt həllərinin lokallaşdırılması “Azərbaycan Respublikasının 2025–2028-ci illər üzrə Süni İntellekt Strategiyası”nın əsas prioritetlərindən biri hesab edilir. Yaradılmış texnoloji platforma Azercell-in süni intellekt ekosisteminin inkişafı üçün baza rolunu oynayacaq. Platforma gələcəkdə intellektual virtual köməkçilər, çat-botlar və digər rəqəmsal xidmətlərin inkişafını sürətləndirərək müştəri xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və istifadəçi təcrübəsinin fərdiləşdirilməsinə imkan yaradacaq.

Qeyd edək ki, Azercell-in Azərbaycan dili üçün süni intellekt texnologiyalarının inkişafına yönəltdiyi investisiyalar şirkətin rəqəmsal potensialını gücləndirməklə yanaşı, ölkənin milli rəqəmsal ekosisteminin və innovasiya mühitinin inkişafına da töhfə verir.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Dünya 19:01
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Dünya 22:42
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol