• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda seçki məntəqələrinə bomba qoyulması ilə bağlı saxta xəbərdarlıqlar yayılıb

Ermənistanda seçki məntəqələrinə bomba qoyulması ilə bağlı saxta xəbərdarlıqlar yayılıb
07.06.2026 14:10

Ermənistanda keçirilən parlament seçkiləri zamanı bəzi seçki məntəqələrində bomba yerləşdirilməsi ilə bağlı kütləvi saxta xəbərdarlıqlar yayılıb.

“Armenpress” agentliyinin məlumatına görə, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi bildirib.

Nazirliyin açıqlamasında deyilir ki, vətəndaşların xarici telefon nömrələrinə və elektron poçt ünvanlarına bəzi seçki məntəqələrində bomba olduğu barədə zənglər və mesajlar göndərilib.

DİN-in məlumatına əsasən, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi operativ yoxlamalar nəticəsində xəbərdarlıqların həqiqəti əks etdirmədiyi müəyyən olunub.

Nazirlik hadisəni seçki prosesini pozmağa yönəlmiş kibertəxribat kimi qiymətləndirib. Qurumun bəyanatında qeyd olunub ki, bu cür hərəkətlər cəmiyyətdə təşviş yaratmaq və dövlət strukturlarının fəaliyyətinə mane olmaq məqsədi daşıyan hibrid təsir cəhdi hesab edilə bilər.

Daxili İşlər Nazirliyi polis və digər hüquq-mühafizə orqanlarının vəziyyətə nəzarət etdiyini bildirərək vətəndaşları təsdiqlənməmiş məlumatları yaymamağa və şübhəli mesajlar barədə aidiyyəti qurumlara məlumat verməyə çağırıb.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Dünya 19:01
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Dünya 22:42
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol