• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda seçki müşahidəçisi səsvermənin gizliliyini pozmaq şübhəsi ilə saxlanılıb

Ermənistanda seçki müşahidəçisi səsvermənin gizliliyini pozmaq şübhəsi ilə saxlanılıb
07.06.2026 15:05

Ermənistanda keçirilən parlament seçkiləri zamanı səsvermənin gizliliyini pozmaqda şübhəli bilinən müxalifət koalisiyasının nümayəndəsi saxlanılıb.Bu barədə Ermənistan İstintaq Komitəsinin məlumat yayıb.

Hadisə bu gün səhər saat 08:15-də qeydə alınıb. Məlumata əsasən, seçici H.X. səsvermə bülletenlərini aldıqdan sonra kabinəyə daxil olub, lakin daha sonra səsvermə talonunu komissiya üzvünə təqdim etməyərək onu kabinədə unutduğunu bildirib.

Bundan sonra seçki komissiyasının qərarı ilə məntəqə sədri talonu yoxlamaq üçün səsvermə kabinəsinə daxil olub. İstintaq Komitəsinin bildirdiyinə görə, həmin vaxt müxalif “Güclü Ermənistan” blokunun müşahidəçisi S.T. istifadə olunmamış bülletenlər üçün nəzərdə tutulmuş qutunu və bülletenləri videoya çəkib.

Qurumun açıqlamasında qeyd olunub ki, S.T. cinayət törətməsinə dair əsaslı şübhələr əsasında polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin səsvermənin gizliliyinin pozulmasını nəzərdə tutan 215.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Dünya 19:01
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Dünya 22:42
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol