• $
  • €
  • ₽
  • ₺
  • £

Seçkilərdə qalib gələn Paşinyan sülh müqaviləsindən danışdı

Seçkilərdə qalib gələn Paşinyan sülh müqaviləsindən danışdı
08.06.2026 11:17

Ermənistan  yaxın gələcəkdə Azərbaycanla sülh sazişi imzalamağı hədəfləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. Bu barədə Paşinyan bazar ertəsi Ermənistan parlamentinin Dövlət və Hüquq Məsələləri Daimi Komitəsinin iclasında, Korrupsiyanın Qarşısının Alınması Komitəsinin 2025-ci il üzrə fəaliyyət hesabatının müzakirəsi zamanı danışıb.

“Biz bu istiqamətdə işləyəcəyik”, – baş nazir deyib.

Paşinyan həmçinin qeyd edib ki, TRIPP sazişinin ratifikasiya prosesinə yaxın vaxtlarda başlanmalıdır.

Onun sözlərinə görə, Ermənistanın irəli sürdüyü Sülh Yollarının Kəsişməsi təşəbbüsü ölkənin regional əlaqələrdə rolunu artırmaq potensialına malikdir.


“Ermənistan ‘Sülh Yollarının Kəsişməsi’nə çevrildiyi üçün bu, həqiqətən də oyunu dəyişdirən layihədir”, – Paşinyan bildirib.

Azərbaycan və Ermənistan martda sülh sazişinin mətninin razılaşdırıldığını açıqlasalar da, sənəd hələ imzalanmayıb. Tərəflər arasında münasibətlərin normallaşdırılması və nəqliyyat-kommunikasiya əlaqələrinin açılması ilə bağlı danışıqlar davam edir.

Güınar

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Dünya 19:01
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Dünya 22:42
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol