• $
  • €
  • ₽
  • ₺
  • £

Pekin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaların ləğvini tələb edib

Pekin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaların ləğvini tələb edib
17.06.2026 00:16

Çin Böyük Britaniyanın Rusiyaya qarşı son sanksiyalar paketi çərçivəsində bəzi Çin şirkətlərinə tətbiq etdiyi məhdudiyyətlərə etiraz edib.Bu barədə Çinin Böyük Britaniyadakı səfirliyi bəyanat yayıb.

Bildirilib ki, Pekin beynəlxalq hüquqa əsaslanmayan və Çin şirkətlərinin qanuni maraqlarına zərər vurduğunu hesab etdiyi birtərəfli sanksiyalara qarşıdır. Səfirlik məsələ ilə bağlı Britaniya hökumətinə etirazını çatdırdığını qeyd edib.

Bəyanata görə, Çin Ukrayna üzrə sülh danışıqlarını dəstəkləyir və ikili təyinatlı məhsulların ixracına ciddi nəzarət edir. Pekin Londonu qərarına yenidən baxmağa və Çin şirkətlərinə qarşı tətbiq olunan sanksiyaları ləğv etməyə çağırıb.

Böyük Britaniya iyunun 16-da Rusiyanın hərbi və maliyyə şəbəkələrini hədəf alan yeni sanksiyalar elan edib. Paket çərçivəsində 32 təşkilat və 11 fiziki şəxs siyahıya daxil edilib, məhdudiyyətlər Çin, Türkiyə, Tailand, Nigeriya və Laosdan olan bir sıra şirkətləri də əhatə edib.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Dünya 19:01
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Dünya 22:42
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol