• $
  • €
  • ₽
  • ₺
  • £

KTMT baş katibi: Ermənistan təşkilatın fəaliyyətində faktiki iştirak etmir

KTMT baş katibi: Ermənistan təşkilatın fəaliyyətində faktiki iştirak etmir
18.06.2026 15:05

Ermənistan faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətində iştirak etmir və artıq üç ildir ki, üzvlük haqqını ödəmir. Bu barədə KTMT-nin baş katibi Taatbek Masadikov TASS agentliyinə müsahibəsində bildirib.

“Ermənistan artıq üçüncü ildir ki, üzvlük haqqını ödəmir. De-fakto, demək olar ki, heç bir iştirakı yoxdur, de-yure isə KTMT-nin tamhüquqlu üzvü olaraq qalır. Lakin qərar, əlbəttə ki, erməni xalqına və Ermənistan rəhbərliyinə məxsusdur”, – Masadikov deyib.

Onun sözlərinə görə, təşkilata üzv dövlətlər Ermənistanın üzvlük haqqını ödəməməsi səbəbindən onun statusu və səsvermə hüququ ilə bağlı məsələni müzakirə edirlər.

“Bəli, bu məsələ müzakirə olunur. Son olaraq Kazanda Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi və nazirlər bu məsələni ətraflı müzakirə etdilər”, – KTMT baş katibi əlavə edib.

Aytac Zeynalova 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Dünya 19:01
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Dünya 22:42
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol