• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynada Azərbaycan diasporunun rəhbəri ölümlə hədələnir

Ukraynada Azərbaycan diasporunun rəhbəri ölümlə hədələnir
29.11.2013 15:23
Ukraynanın Luqansk şəhərində azərbaycanlı iş adamı Şahin Məmmədovun evinə silahlı basqından sonra yerli milis tərəfindən təzyiqə məruz qalan Azərbaycan diasporunun rəhbəri Rasim Uğurluyev özünə və ailəsinə qarşı ölüm təhdidləri alır.Luqansk Azərbaycanlıları Konqresinin sədri olan R.Uğurluyev APA-ya bildirib ki, Ş.Məmmədov hadisəsindən sonra evinə olunan basqınla bağlı rəsmi orqanlara və mediaya etdiyi müraciətlərdən sonra özü və övladları ilə bağlı öldürüləcəyi, məhv ediləcəyi xəbərdarlıqlarını alıb: “Tanışlarım mənə ismarış göndərir ki, özüm və ailəmin həyatı barədə ehtiyatlı olum. Əvvəlcə o hadisəni törədənlərlə əlaqəli yerli mafiozlar məni hədələyirdilər. Amma dostlarım bildirir ki, həm Şahin Məmmədov hadisəsi, həm də özümlə bağlı baş verən təzyiqlərdən sonra Ukraynanın dövlət orqanlarına, mətbuata etdiyim ardıcıl müraciətlər narahatlıq doğurub, məni aradan götürmək istəyirlər. Məqsəd də odur ki, məni aradan götürüb burada danışa biləcək kimisə saxlamasınlar, Şahin Məmmədovu da itirsinlər”. R.Uğurluyev artıq bir diaspor rəhbəri kimi fəaliyyət göstərməkdə çətinlik çəkdiyini və hər gün təqib olunduğunu bildirib. Bununla bağlı Ukrayna rəhbərliyinə müraciət edəcəyini deyən R.Uğurluyev qeyd edib ki, artıq Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsini şifahi olaraq məlumatlandırıb. Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat və informasiya şöbəsinin şöbə müdiri Elşad Miraləm isə APA-ya bildirib ki, bu barədə heç bir ölçü götürə bilməsələr də, məsələni bu gündən araşdıracaqlar. Ş.Məmmədov hadisəsinin və R. Uğurluyevin evinə basqının baş verdiyi 16 noyabrdan sonra onlarla əlaqə yaradılıb-yaradılmaması ilə bağlı suala isə E.Miraləm cavab verməyib. Qeyd edək ki, noyabrın 16-da axşam Luqanskda Azərbaycan diasporunun keçmiş rəhbəri və hazırkı fəalı, iş adamı Ş.Məmmədovun evinə xeyli sayda maskalı şəxslər tərəfindən basqın olub. Basqın zamanı baş vermiş atışma nəticəsində Ş.Məmmədovun açdığı atəş nəticəsində basqınçılardan biri ölüb. Hadisə günü R.Uğurluyevin də evinə yerli milis xüsusi təyinatlıları tərəfindən basqın olub və icazəsiz evində axtarış aparılıb. Özünü isə həmin gecə milis idarəsində saxlayıblar.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Dünya 23:16
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Dünya 20:37
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol