• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni Konstitusiyanın qəbul edilib-edilməyəcəyinə Ermənistan xalqı qərar verəcək - Qalyan

Yeni Konstitusiyanın qəbul edilib-edilməyəcəyinə Ermənistan xalqı qərar verəcək - Qalyan
06.08.2026 11:59

Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan ölkədə yeni Konstitusiyanın hazırlanması üzrə işlərin davam etdiyini, sənədin hazırkı mərhələdə ictimai müzakirədə olduğunu açıqlanıb.

Nazir bugün ölkədə keçirilən brifinqdə deyib ki, Konstitusiya layihəsinin dərci ilə bağlı müzakirələr davam edir və sənədin qəbul edilib-edilməyəcəyinə Ermənistan vətəndaşları referendum vasitəsilə qərar verəcəklər.

"Biz yeni Konstitusiya layihəsi hazırladığımızı demişik. Lakin yeni Konstitusiyanın qəbul olunub-olunmayacağına Ermənistan xalqı qərar verəcək", - Qalyan bildirib.

O qeyd edib ki, Konstitusiyanın referendum yolu ilə qəbul edilməsi demokratik ölkələrdə geniş tətbiq olunan təcrübədir və bunda "heç bir sirr və ya sensasiya yoxdur".

Ermənistan hökuməti yeni Konstitusiyanın hazırlanması istiqamətində iş aparır. Baş nazir Nikol Paşinyan daha əvvəl mövcud Konstitusiyanın ölkənin müasir reallıqlarına uyğunlaşdırılmasının vacibliyini bəyan edib.

Konstitusiya islahatları həm daxili idarəetmə sistemi, həm də regionda normallaşma prosesi fonunda diqqətlə izlənilir.

Gülnar Nazimqızı

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Dünya 19:01
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Dünya 22:42
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol