• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Ukraynaya “Patriot” istehsalı üçün lisenziya verməkdən çəkinir - The Telegraph

ABŞ Ukraynaya “Patriot” istehsalı üçün lisenziya verməkdən çəkinir - The Telegraph
10.08.2026 14:30

ABŞ mümkün texnologiya sızması və əqli mülkiyyət riskləri ilə bağlı narahatlıqlar səbəbindən Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərinin istehsalı üçün lisenziya vermək məsələsində geri addım atıb. “The Telegraph” qəzeti bu barədə ABŞ-dakı mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Vaşinqtonda Ukraynaya “Patriot” sistemlərinin istehsal texnologiyasının verilməsi ilə bağlı ciddi fikir ayrılıqları mövcuddur. ABŞ tərəfi müasir hərbi texnologiyaların Rusiya tərəfindən əldə edilə biləcəyindən ehtiyat edir.

Bundan əlavə, ABŞ administrasiyasının Ukraynaya verilən silahların Avropanın qara bazarına çıxması ilə bağlı narahatlıqları olduğu bildirilir.

Hazırda “Patriot” raket əleyhinə sistemlərinin istehsalı üçün ABŞ-dan lisenziya alan ölkələrin Almaniya və Yaponiya olduğu qeyd edilir.

ABŞ istehsalı olan “Patriot” sistemləri dünyanın ən qabaqcıl hava hücumundan müdafiə platformalarından biri hesab olunur və Ukraynanın Rusiya raket və pilotsuz uçuş aparatlarına qarşı müdafiəsində mühüm rol oynayır.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl NATO sammitində Ukraynaya “Patriot” sistemlərinin istehsalı üçün lisenziya verilməsi ideyasını gündəmə gətirmişdi. O, belə bir imkanın yaradılacağı təqdirdə Ukraynanın raket çatışmazlığından şikayət etməyəcəyini bildirmişdi.

Lakin “The Telegraph”ın mənbələri Tramp administrasiyasının hazırda bu məsələyə əvvəlki qədər müsbət yanaşmadığını bildirirlər. Müzakirələrin əsasını texnologiyanın qorunması, hərbi istehsal üzərində nəzarət və silahların son istifadə təhlükəsizliyi ilə bağlı narahatlıqlar təşkil edir.

Gülnar 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Dünya 19:01
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Dünya 22:42
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol