• $
  • €
  • ₽
  • ₺
  • £

Serbiya 2027-ci ilin sonuna qədər Şengen zonasına qoşulmağa hazır olmağı planlaşdırır

Serbiya 2027-ci ilin sonuna qədər Şengen zonasına qoşulmağa hazır olmağı planlaşdırır
11.08.2026 15:53

Serbiya 2027-ci ilin sonuna qədər Şengen zonasına qoşulmağa hazır olmağı və bunun üçün Avropa İttifaqının tələblərinə uyğun zəruri islahatları həyata keçirməyi planlaşdırır.

Bu barədə Serbiyanın Avropaya inteqrasiya naziri Nemanя Staroviç “Radio Belqrad”a müsahibəsində bildirib. Onun sözlərinə görə, hökumət artıq Daxili İşlər Nazirliyinin rəhbərlik etdiyi xüsusi işçi qrupu yaradıb və zəruri islahatların həyata keçirilməsi üçün plan təsdiqləyib.

Serbiyanın Şengen zonasına inteqrasiyası ölkənin viza siyasətinin Aİ qaydalarına uyğunlaşdırılmasını da tələb edə bilər. Serbiya parlamentinin müvafiq komitəsinin rəhbəri Draqan Stanoyeviç daha əvvəl Rusiya vətəndaşları üçün vizasız rejimin ləğv edilməsinin müzakirə olunduğunu bildirib.

Serbiya Prezidenti Aleksandr Vuçiç isə Rusiya ilə vizasız rejimin ləğv ediləcəyi barədə xəbərləri daha əvvəl təkzib edib.

Bu arada Monteneqro da Aİ-yə inteqrasiya çərçivəsində viza siyasətini İttifaqın qaydalarına uyğunlaşdırır. Ölkə hökumətinin qərarına əsasən, 1 noyabr 2026-cı ildən Rusiya və Belarus vətəndaşları ilə yanaşı Çin, Səudiyyə Ərəbistanı və Türkiyə vətəndaşlarının da Monteneqroya səfər üçün viza alması tələb olunacaq.

Monteneqronun bu addımı Aİ-yə üzvlük prosesində viza siyasətinin Avropa İttifaqının qaydaları ilə uyğunlaşdırılması çərçivəsində atılır.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Dünya 19:01
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Dünya 22:42
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol