• $
  • €
  • ₽
  • ₺
  • £

Moskvada VƏHŞİLİK

Moskvada VƏHŞİLİK
25.11.2013 09:10
Rusiya paytaxtında iki qadın vəhşicəsinə öldürülüb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, hadisə paytaxtın cənub-qərbində baş verib. Öldürülənlərdən biri Dağıstan, bir isə Qazaxıstan vətəndaşıdır. Noyabrın 24-də polisə paytaxtın Sosenki parkında yerləşən göldə qadın meytinin olduğu barədə məlumat daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları göldən qadının cəsədini çıxardıblar. Aparılan araşdırmalar nəticəsində öldürülən şəxsin 32 yaşlı Qazaxıstan sakini olduğu məlum olub. Müəyyən olunub ki, qazaxıstanlı qadın başından aldığı çox saylı zərbələr nəticəsində ölüb. Günorta saatlarında polisə paytaxtda daha bir qadının vəhşicəsinə öldürüldüyü barədə məlumat daxil olub. Brusilova küçəsində yerləşən yaşayış binasının pilləkənində əlləri və ayaqları bədənindən ayrılmış qadın cəsədi aşkarlanıb. Aparılan araşdırmalar nəticəsində vəhşicəsinə qətlə yetirilən şəxsin 27 yaşlı Dağıstan sakini olduğu məlum olub. Əlləri və ayaqları bədənindən ayrılan qadının qarın nahiyyəsində kəsici alətlə “xaç” işarəsi çəkilib.Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Dünya 23:16
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Dünya 20:37
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol