• $
  • €
  • ₽
  • ₺
  • £

Azyaşlılardan seks xidməti alanlar həbs ediləcək - QƏRAR

Azyaşlılardan seks xidməti alanlar həbs ediləcək - QƏRAR
22.11.2013 11:55

Estoniyada həddi-buluğa çatmayanlarla cinsi əlaqəyə girənlər həbs cəzası alacaqlar. 

ANN.Az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Estoniya parlamenti virtual da daxil olmaqla, azyaşlılardan seks xidməti alanların həbs cəzası alması ilə bağlı qanun layihəsini qəbul edib. 101 deputatdan 88-i  qanun layihəsinin lehinə səs verib. Qanunda göstərilir ki, 14 yaşından 18 yaşa qədər olanlarla cinsi münasibətdə olanlar cərimə, ya da 3 ilə qədər həbs cəzasına məhkum ediləcəklər. 14 yaşdan aşağı olanlardan cinsi xidmət alanları 5 ilə qədər həbs cəzası gözləyir. 

Belə xidmət haqqından yararlananlar münasibətdə olduğu şəxsin yaşını bilmədiklərini desələr belə, məsuliyyətdən xilas ola bilməyəcəklər, onlar bu barədə əvvəlcədən bilməyə məcburdur. 

Cinayət məsuliyyəti həmçinin virtual münasibətlərə də aiddir. Müştəri azyaşlıya pul təklif edərək, vizual olaraq və ya internet vasitəsilə cinsi istəyini təmin eləməyə çalışsa, cinayət məsuliyyətindən qaça bilməyəcək. 

Qanun layihəsinin müəllifi məsələ barəsində bu sözləri deyib: "Məqsədimiz fahişəliyə cəlb olunan gənclərin sayını azaltmaqdır. Müxtəlif sorğular və ekspertlərin rəyi göstərir ki, fahişəliklə məşğul olanların böyük əksəriyyəti bu işə hələ cinsi həddi buluğa çatmamışdan öncə başlayırlar, məhz buna görə də belə fəaliyyətin qarşını hökmən almaq lazımdır"

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Dünya 23:16
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Dünya 20:37
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol