• $
  • €
  • ₽
  • ₺
  • £

Atatürk Mədəniyyət Mərkəzi sökülür - VİDEO

Atatürk Mədəniyyət Mərkəzi sökülür - VİDEO
22.11.2013 09:23

Bir müddət əvvəl Gəzi parkının ləğvini ortaya atan İstanbul bələdiyyəsi indi də qalmaqala səbəb olacaq yeni bir ideya ilə çıxış edir. Bələdiyyə Atatürkün adına olan Mədəniyyət Mərkəzinin binasını sökmək istəyir. Təxminən 4 ay əvvəl ölkədə ixtişaşlara səbəb olacaq Gəzi parkı hadisələrinin təkrarlana biləcəyi qaçılmazdır. Bu xəbər ictimaiyyət tərəfindən birmənalı qarşılanmır.

Atatürk Mədəniyyət Mərkəzi yarasız hala düşdüyü üçün hökumət tərəfindən yenidən inşa edilməsi, lakin opera binası olaraq istifadəyə verilməsi istəyi bir çox fikir ayrılıqları yaradılıb. 

Əhalinin bir qismi mərkəzin köçürülmə fikrini dəstəkləsə də, əksəriyyəti buna qarşı çıxır. Binanın teatra çevrilməsini və mərkəzin fəaliyyətini dayandırlmasını Türkiyə Cümhuriyyətinin lideri Atatürkün adına yaraşan hal hesab etmirlər. 

Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik də Mərkəzin binasının standartlara cavab vermədiyini və bu səbəbdən bağlanacağını deyərək, ictimaiyyəti məsələyə siyasi rəy verməməyə çağırıb. Lakin bina bağlandıqdan sonra mərkəzin hara köçürüləcəyi, ümumiyyətlə, bu təşkilatın fəaliyyətinin qalıb-qalmaması hələ də sual altındadır. İstanbul Beyoğlu icra nümayəndəsi Hasan Şensesin sözlərinə görə, dövlət bu binanı yenidən inşa edir.

“İnsanlar buranın dəyişdirilməsini istəmirlər. Hökumət də bu binayı yıxaq və yenidən müasir üslubda opera binası tikək təklifini irəli sürür. Amma hal-hazırda sponsorluqla təmir edilir. Hal-hazırda mədəniyyət mərkəzi olaraq təmir edilir. Opera binası olması yönündə verilmiş qərar yoxdur. Lakin hökumətin belə bir düşüncəsi var”. 

Hazırda Mədəniyyət Mərkəzi təmamilə yararsız vəziyyətdədir. Hətta binanın uçma təhlükəsi belə var. Buna görə də binanın ətrafı 24 saat polis tərəfindən qorunur. 

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Dünya 23:16
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Dünya 20:37
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol