• $
  • €
  • ₽
  • ₺
  • £

650 min Avro ödə, Avropa İttifaqı vətəndaşı ol!

650 min Avro ödə, Avropa İttifaqı vətəndaşı ol!
15.11.2013 10:45

Gələn ildən etibarən Avropa İttifaqı vətəndaşlığını pulla əldə etmək qanuni qaydada mümkün olacaq.

Gün.Az-ın verdiyi xəbərə görə, bununla bağlı qanun layihəsi Malta parlamenti tərəfindən qəbul olunub.

Qanuna əsasən, 650 min avro ödəyən hər bir şəxs Malta vətəndaşlığı əldə etmək və bununla da avtomatik olaraq Avropa İttifaqı vətəndaşı olmaq və Şengen məkanında sərbəst hərəkət etmək hüququnu qazanacaq.

Yeni Malta vətəndaşları sərhəd nəzarəti olmadan Şengen məkanında sərbəst hərəkət etməklə yanaşı, Avropa İttifaqı ərazisində iş bazarına giriş, səsvermə hüququ və ittifaq ərazisində yaşayış yerinin sərbəst seçimi kimi imtiyazlara da sahib olacaqlar.

Maltanın baş naziri Yozef Muskat bildirib ki, qanun qəbul olunandan sonrakı ilk ildə 45 nəfərə Malta vətəndaşlığının satılması nəzərdə tutulur və dövlət büdcəsinə 30 milyon avro vəsait daxil olacaq. Sonrakı illərdə vətəndaşlığa müraciət edənlərin sayının 200-300 nəfərə kimi artacağı gözlənilir.

Qeyd edək ki, bir sıra Avropa dövlətləri ölkəyə yatırılan investisiyaların həcmindən asılı olaraq, əcnəbi vətəndaşlara daimi yaşayış hüququ və həmin hüquqi baza əsasında vətəndaşlıq vermək təcrübəsinə malikdirlər.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Dünya 23:16
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Dünya 20:37
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol