• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın “elektron vətəndaşlıq” verən ilk ölkəsi

Dünyanın “elektron vətəndaşlıq” verən ilk ölkəsi
28.05.2020 20:52
Dekabrın 1-dən etibarən Estoniyada "elektron vətəndaşlıq” rəsmən tətbiq edilir. Artıq bununla bağlı 12 min vətəndaş müraciət edib. Bu barədə Estoniyanın iqtisadiyyat və kommunikasiya naziri Taavi Kotka deyib.

Nazirin sözlərinə görə, dövlətin ərazisinin kiçik olması və əhali sayının az olmasına baxmayaraq vətəndaşlar iqtisadi inkişafın çətinliklərinə alışır, rəqəmli tərəqqiyə isə əksinə, asanlıqla nail olurlar.

"Bu səbəbdən hökumət tərəfindən "elektron vətəndaşlıq”ın tətbiqi ilə bağlı qərar qəbul edilib. Bu ona görə edilib ki, insanlar həmişə bizim iqtisadiyyatımızın tərkib hissəsi kimi qalaraq istədikləri yerdə yaşasınlar”, - nazir vurğulayıb.

Estoniya Respublikası dünyanın "elektron vətəndaşlıq” verən ilk ölkəsidir. Bundan sonra 50 avro (63 dollar) ödəməklə Estoniyanın virtual vətəndaşları ölkədə göstərilən rəqəmli xidmətlərdən istifadə etmək, eləcə də elektron sənədləri imzalamaq imkanı əldə edəcəklər. Bura onlayn bank, təhsil və səhiyyə xidmətləri daxildir. Avropa İttifaqında Estoniya virtual vətəndaşlarının elektron imzaları əl imzaları kimi qanuni hesab ediləcək.

Estoniya virtual vətəndaşlığı iş adamlarına və ölkədə bizneslə məşğul olmaq arzusunda olan, lakin yaşayış yerini dəyişmədən Estoniya vətəndaşlığını almaq istəyən insanlara verəcək. Bu addım hökumət və ölkənin informasiya-kommunikasiya sənayesi arasında əməkdaşlıq nəticəsində yaranan "elektron təşəbbüs” proqramının tərkib hissəsidir. Təşəbbüs Estoniyanı dünyanın ən qabaqcıl ölkələrindən biri etmək məqsədi daşıyır.

Bununla belə, Estoniya hökuməti bəyan edir ki, virtual vətəndaşlıq ölkənin rəsmi vətəndaşlığının alınmasına zəmanət vermir. Virtual vətəndaşlığı almaq üçün şəxsən Estoniya Sərhəd Xidmətinə gələrək ərizə ilə müraciət etmək tələb olunur. Məsələ ilə bağlı qərar iki həftə ərzində veriləcək və bundan sonra Sərhəd Xidmətinə bir daha gələrək elektron kartı almaq lazım olacaq.

Virtual vətəndaşlıq kartı adi identifikasiya (şəxsiyyət vəsiqəsi) kartı deyil. Sənədin üzərində kart sahibinin fotoşəkli olmur. Fotoşəkli quraşdırılmış təhlükəsizlik sertifikatı və ikifaktorlu autentifikasiya mikroçipi əvəz edir. Estoniya hökumətinin məlumatına görə, bu, kartdan xüsusi quraşdırılmış proqram və kompüterə "USB” ilə qoşulan oxu qurğusu vasitəsilə istifadə etməyə imkan verir. Ölkə virtual vətəndaşlıq kartlarını cari ilin sonunadək buraxmağa başlamağı planlaşdırır.

15 yaşı tamam olan bütün Estoniya vətəndaşları identifikasiya kartlarına malikdir. Estoniya xəstəxanaları elektron tibbi sığorta və doğum haqqında elektron şəhadətnamələr verir. Bundan başqa, ölkədə identifikasiya kartlarının (ID kart) verildiyi on il ərzində təhlükəsizlik sisteminin pozulması ilə bağlı hal qeydə alınmayıb, - "IT Expert” yazır. //anspress.com

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol