• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa uğrunda aparılan döyüş Putin və Merkel arasında gedir

Avropa uğrunda aparılan döyüş Putin və Merkel arasında gedir
29.05.2020 04:45
Ukrayna uğrunda Qərb dairələri ilə Rusiya arasında aparılan mübarizənin qızışmasından sonra yaranan siyasi mənzərə ilə bağlı müzakirələr davam edir. Nüfuzlu "The Guardian” nəşri Qərb cəbhəsindəki aparıcı dövlətlərdən biri olan Almaniyanın Rusiya ilə geopolitik mübarizəsinə dair yeni analitik məqalə ilə çıxış edib.  

Yazıda bildirilir ki, Avropa uğrunda aparılan döyüş Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel  arasında gedir.

ANN.Az Modern.az-a istinadən xəbər verir ki, iki lider arasındakı aparılan gərgin mübarizə kontekstində yazılan həmin məqaləni ixtisarla təqdim edir:  

Bir tərəfdə rus kişisi durur: o, militarist, Sovet stilinin böyük yalanı sahəsində mütəxəssis, Rusiyanı ayı ilə müqayisə edən millətçidir. Digər tərəfdə isə sakit, səmimi danışan, razılığa nail olma sahəsində bacarıqlı, iqtisadiyyatda güclü mövqelərə malik, çoxmillətli Avropa tısbağasını  səbirlə idarə edən şəxs dayanır.

2014-cü ilin birinci yarısında ayı Avropa uğrundakı mübarizədə liderliyə yiyələnmişdi. Lakin Ukrayna böhranının gedişatında Rusiya iqtisadiyyatının sonradan çökmə həddinə çatması belə təəssürat yaradır ki, nəticədə tısbağa qalib gəlir. Sidneydə Angela Merkel öz təsirli nitqində Ukraynada Putinin hərəkətlərini kəskin tənqid etdi.

Merkel öz nitqinin başlanğıcında 1914-cü il nümunələri əsasında danışırdı. Merkel  Avropanın birinci dünya müharibəsinə yuvarlanmasını düşündürücü arqumentlərlə çox gözəl təsvir edirdi. Əgər Avropa liderləri 100 il əvvəlki lunatiklərə oxşardırsa,  onda bugünkü liderlər bu dərsləri mənimsəməli və mövcud təhlükəni dərk etməlidir. Buna görə Merkel tez-tez Putinlə telefonla əlaqə saxlayır. Bu ilin birinci səkkiz ayı ərzində 35 dəfə Putinlə telefon danışığı olub.

Merkel onun siyasəti üçün  əsas prinsipləri təkrar etməkdən yorulmur: Bu, Rusiyaya tətbiq edilən sanksiyalar və Putini danışıqlar masası ətrafında oturtmaq üçün Ukraynanın dəstəyinin vacibliyini vurğulayır. Almaniya bu məsələdə lider rolunda çıxış edir.  Sanksiyalara gəlincə, bu olduqca qeyri-adidir.

Çünki Almaniyanın başqa Avropa dövlətlərinə nisbətən Rusiya ilə ticarət dövriyyəsinin həcmi çox böyükdür. Bundan başqa Merkel sanksiyaların zərurətini Rusiyanın təsir dairəsinin güclü olduğu Şərqi Avropanın xırda dövlətlərinə, o cümlədən İtaliyaya inandırıcı şəkildə təqdim edə bildi.

Merkel Avrozanadakı böhrandan fərqli olaraq, ictimai rəyə başçılıq edir, amma onu izləmir.   Avropa uğrunda döyüş Rusiya iqtisadiyyatının çökməsi fonunda yumşaq siyasətə transformasiya edilməyəcək. Biz hamımız ciddi təhlükəli vaxtda yaşayırıq. 2015-ci il bizi daha çox seçim qarşısında qoyacaq. Lakin tərəddüdsüz demək olar ki, 2014-cü ildə əsld dövlət xadimi statusu ngale Merkelə aiddir.     

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol