• $
  • €
  • ₽
  • ₺
  • £

"Nemtsovun qətli Rusiyada sabitliyin pozulması məqsədi ilə edilib" - Qorbaçov

"Nemtsovun qətli Rusiyada sabitliyin pozulması məqsədi ilə edilib" - Qorbaçov
28.05.2020 21:09
Tanınmış müxalifətyönlü siyasətçi Boris Nemtsovun qətli Rusiyada sabitliyin pozulması məqsədi ilə edilib.

ANS PRESS-in məlumatına görə, bunu SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov deyib.

O "İnterfaksa" müsahibəsində bildirib ki, Moskva çayı üzərindəki körpüdə baş verən cinayət hadisəsi ölkədə vəziyyətin, qarışıqlığın və qarşıdurmanın daha da gərginləşdirilməsinə yönələn cəhddir: "Bu, hansı qüvvələr tərəfindən edilib, bunu indi demək çətindir. Tələsməmək, təmkinli olmaq lazımdır."

M.Qorbaçev ölkədə fövqəladə vəziyyətin tətbiqinə dair edilən çağırışlara da münasibət bildirərək vurğulayıb ki, belə çağırışlar istisna edilmir. Amma əgər güc tətbiqetmə yolu ilə gedilərsə, bu, ölkədə vəziyyəti daha çox kəskinləşdirəcək. Cinayətkarları tapmaq lazımdır, amma belə cinayətlərin icraçılarını bəzən tapmaq çətin olur. Bütün gücü qoymaq lazımdır ki, cinayətkarlar tapılsınlar."

"Bu hadisəni xaricdəki anti-Rusiya qüvvələri törədə bilərmi" sualına isə SSRİ-nin sabiq prezidenti cavab verib ki, bunu da istisna etmək olmaz. Əlbəttə, müəyyən qüvvələr hədəflərinə çatmaq, Putindən qurtulmaq üçün cinayət əməllərindən mükəmməl istifadə etməyi düşünə bilər. Amma istənilən halda, düşünmürəm ki, Qərb bu addımı ata bilər. Ancaq cinayətkarların Borisi öldürmək planı, sözsüz ki, düşünməyə əsas verir.

O sonda deyib: "Bu cinayət hamının hislərinə toxunur. Boris öz xüsusiyyətləri ilə əsl insan idi. Mən bu hadisədən çox narahat oluram."

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol