• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD qadınların evdən çıxmasını qadağan etdi

İŞİD qadınların evdən çıxmasını qadağan etdi
28.05.2020 18:52

İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı Ramazan ayında İraqın şimalında yerləşən Mosul şəhərinin sakinləri üçün bir sıra qadağalar tətbiq edib.

Bu barədə AzVision.az "Rudaw” agentliyinə istinadən xəbər verir. 

"Ramazan ayı ərzində işçilər cəmi iki saat işləyəcək. Günün qalan hissəsini isə onlar dini ibadətlə məşğul olmalıdırlar. İŞİD-in yeni qaydalarına əsasən Ramazan ayı ərzində qadınlara evdən çıxmaq qadağan edilir”, - deyə mənbə bildirib. 

Lakin mənbə bu qaydaları pozanlara qarşı hansı cəzanın tətbiq ediləcəyini açıqlamayıb. 

Yeni qadağalar yerli telekanallar vasitəsilə yayımlanıb, həmçinin şəhərin küçələrində müvafiq bannerlər asılıb. 

Daha əvvəl İŞİD Mosulda kişilərin üzlərini təraş etməsini qadağan etmişdi.

Qeyd edək ki, 2015-ci ildə Ramazan ayı iyunun 18-i başlayır və 30 gün – iyulun 17-ə qədər davam edir.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol