• $
  • €
  • ₽
  • ₺
  • £

İranla ABŞ-ın təyyarə davası

İranla ABŞ-ın təyyarə davası
29.05.2020 03:41
ABŞ yeni alınmış sərnişin təyyarələrinin uçuşlarına mane olmağa çalışsa, Tehran hüquqi addımlar atacağını bəyan edib. 

ANS PRESS-in məlumatına görə, bu barədə İran Aviasiya İdarəsinin rəhbəri bildirib. 

Onun sözlərinə görə, Vaşinqtonun qara siyahısında olan İranın Mahan hava yolları şirkəti keçən həftə sanksiyaları pozaraq istismarda olmuş 8 Airbus A340 və bir Airbus A321 tipli təyyarələr alıb. İranın Fars xəbər agentliyi ötən həftə bildirmişdi ki, təyyarələrdən beynəlxalq uçuşlarda istifadə olunacaq.

ABŞ Maliyyə Nazirliyinin isə keçən ay bildirdiyinə görə, Mahan şirkətinin bu təyyarələrlə "qadağa maraqları” mövcuddur. Bu, o deməkdir ki, onlar aktivlərin dondurulması ilə üzləşə bilər və bu da Vaşinqtonun bu təyyarələri İrandan xaricdə müsadirə etməsi ehtimalını artırır.

İranın Mülki Aviasiya İdarəsinin rəhbəri Əlirza Cahangiryan bildirib ki, Amerika beynəlxalq qanunlara əsasən, İranın yeni təyyarəsini müsadirə edə bilməz. "Onlar beynəlxalq uçuşlar zamanı bizim təyyarələri dayandırmaq hüququna malik deyil” – deyə Əlirza Cahangiryan bildirib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol