Ermənistan polisinin rəhbəri nümayişçiləri dəstəklədiyini bildirib

Ermənistan polisinin rəhbəri Vladimir Qasparyan İrəvanın mərkəzində elektrik enerjisi qiymətlərinin bahalaşdırılmasına qarşı təşkil olunan mitinqin keçirildiyi əraziyə gəlib.
"Report" "Novosti-Armeniya"ya istinadən xəbər verir ki, o, hazırda polis əməkdaşları ilə danışıqlar aparır.
"Qasparyan bu dəqiqələrdə polis əməkdaşları ilə danışıqlar aparır, hər hansı bir bəyanat olmayıb, mitinq davam edir", — deyə məlumatda bildirilir.
Əlaqələndirmə qrupunun üzvü Vaqinak Şuşanyan, həmçinin jurnalistlərə bildirib ki, Ermənistanın polis rəisi nümayişçiləri dəstəklədiyini bəyan edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















