• $
  • €
  • ₽
  • ₺
  • £

İrəvan polisinin rəis müavini: Etirazçılar özləri dağılışacaq

İrəvan polisinin rəis müavini: Etirazçılar özləri dağılışacaq
29.05.2020 02:00

 İrəvan polisi şəhərin mərkəzində elektrik enerjisinin bahalaşmasına qarşı çıxış edən etirazçıların özlərinin dağılışmasını gözləyir.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə  İrəvan polisinin rəis müavini Valeri Osipyan bildirib.    
 
"Polisin hazırda heç bir tədbir görmək niyyəti yoxdur”, deyə o bildirib və etirazçıların özlərinin dağılışacağına əmin olduğu bildirib.  
 
Ötən gün axşam saatlarında bir neçə şəxsdən partlayıcı qurğunun götürülməsi xəbərinə münasibət bildirən polis rəisi bildirib ki, müvafiq qurumlar hazırda bu məsələ ilə araşdırma aparır.    
 
Hazırda Baqramyan prospektində 200-300 etirazçının gəzişdiyi, söhbət edib musiqiyə dinlədiyi bildirilir.   
 
Bu arada etirazçılar İrəvanın mərkəzi küçələrində yürüş etmək niyyətində olduqlarını bildiriblər. "Novosti-Armeniya”nın xəbərinə görə, etirazçılar Baqramyan prospektində qalib gələnədək qalmaq niyyətində olduqlarını qeyd ediblər.
 
"Heç nə dəyişməyib, biz aksiyanı davam edəcəyik. Biz dünən Azadlıq meydanına keçməyə qərar verənləri pisləmirik, sadəcə, biz burada mübarizəyə başladıq və burada da onu bitirəcəyik. Bizim bir tələbimiz var - elektrik enerjisinin bahalaşması qərarının ləğv olunmalıdır”, deyə təşkilatçıların bəyanatında bildirilir.  
 
"Yürüşdə cəmi 20-30 nəfər iştirak edəcək, biz polisdən bizə mane olmamağı xahiş edirik. Bizim aksiya dinc xarakter daşıyır və bizim polislə qarşıdurma yaratmaq niyyətimiz yoxdur”, deyə təşkilatçılardan biri bildirib. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol