• $
  • €
  • ₽
  • ₺
  • £

"Əsrin toyu"

"Əsrin toyu"
12.07.2015 14:30
Tanınmış aktrisa və müğənni, model Paris Hiltonun bacısı milyonerlə ailə həyatı qurub. ANS PRESS-in məlumatına görə, 31 yaşlı Niki Hiltonla Ceyms Rotşildin toyu LondondaKensinqton sarayında olub. Onun həyat yoldaşı 31 yaşlı Ceyms Rotşild İngiltərənin ən zəngin bankir ailələrindən olan Rotşild ailəsinin varisidir.

Qərb mətbuatı hətta iyulun 10-da baş tutan toyu əsrin toyu adlandırıb. Çünki bu toyda İngiltərənin və dünyanın ən zəngin ailələri qohum olub. Belə ki, Niki Hilton da böyük miras sahibidir. O, "Hilton" otellər şəbəkəsinin yaradıcısı Konrad Hiltonun nəticəsi və varisidir.


Gəlin Niki Hiltonun geyindiyi sadə və qapalı gəlinlik bəzən ona çətin anlar da yaşadıb. "Valentino"dan olan 77 min dollarlıq gəlinliyin duvağı bir məqamda maşının təkəri altında qalıb.

Niki Hiltonun gəlinliyi ona çətin anlar yaşadıb.  Gəlinliyin duvağı təkərin altında qalıb.

Toyda gəlinin rəfiqəsi olan 33 yaşlı bacısı Paris Hiltonun da bu yaxınlarda toy edəcəyi deyilir. Onun bu dəfə seçdiyi şəxs isə isveçrəli milyoner biznesmen Tomas Qrossdur. Etdiyi seçimdən razı qalan Hilton hətta onu ailəsi ilə də tanış edib. Hiltonun anası görüşdən sonra qızının, nəhayət ki, layiqli adama rast gəldiyinə görə xoşbəxt olduğunu deyib. Qeyd edək ki, Paris Hilton bacısından fərqli olaraq Hilton mirasının varisi deyil. O, bir neçə dəfə qanunu pozduğuna və qısa müddətə də olsa həbs edildiyinə görə babası onu cəzalandıraraq varislikdən çıxarıb.
 
 





www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Dünya 19:01
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol