• $
  • €
  • ₽
  • ₺
  • £

“Solaxay” 30 iyuldan etibarən “28 Cinema”da

“Solaxay” 30 iyuldan etibarən “28 Cinema”da
22.07.2015 17:59
Premium kinoteatr "28 Cinema” iyul ayının 30-dan etibarən Ceyk Cillenholun ("Olimpin süqutu”, "Böyük bərabərləşdirici”, "Məşq günü”) və Reyçel Makadams ("Şerlok Holms”, "Gələcəkdən oğlan”, "Parisdə gecə yarısı”) iştirakı ilə döyüş və dram janrında çəkilmiş "Solaxay” filminin nümayişlərinə başlayır.

Boksçu Billi Houlda hər şey yaxşı idi: çempion adı, gözəl həyat yoldaşı və sevimli qızı. Lakin xoşbəxtlik ondan üz döndərir: faciəvi şəkildə həyat yoldaşı vəfat edir, rinqdən kənarlaşdırılma, sıfır gəlir, məhkəmə valideyn hüquqlarında məhrum edir.... Houl çempion adını və qızını geri qaytarmalıdır. Houlun qalib gəlmək şansı varmı? Hər şeyi onun məhşur solaxay zərbəsi həll edəcək....

Məhşur rep ifaçısı Eminemin "Phenomenal” musiqisi isə "Solaxay” filminin rəsmi saundtreki seçilib. Musiqinin klipinə isə artıq 3 milyonda artıq izləyici internedə baxıb.

Kinotənqidçilər artıq filmi "Ən yaxşı döyüş filmi” kateqoriyasına aid ediblər və "Filmi bu yay izləmək vacibdir kimi” qeyd edirlər.

"Solaxay” filminin biletlərini artıq kinoteatrın kassalarında almaq olar, həmçinin, kinoteatrın www.28cinema.az rəsmi saytında onlayn olaraq əldə etmək və seansların cari cədvəli tanış olmaq mümkündür və ya 012 499 89 88 və 119 nömrələrinə zəng vurmaqla dəqiqləşdirmək olar.

"28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. "28 Cinema” "PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində "Blackberry” restoranı və "Cappuccino coffee house” yerləşir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol