• $
  • €
  • ₽
  • ₺
  • £

Zəvvarlara yeni xəbər

Zəvvarlara  yeni xəbər
28.05.2020 21:32
Bu il Azərbaycandan həcc ziyarətinə gedəcək zəvvarlara ziyarət xərclərinin ödənişi ilə bağlı yeniliklər tətbiq olunur.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bu il zəvvarlar əvvəlki illərdən fərqli olaraq, ödənişi bank vasitəsi ilə deyil, nağd formada Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) edəcəklər. Bundan başqa, zəvvarlara ödənişləri 1 may 2017-ci ilə qədər mərhələli formada ödəmək imkanı da yaradılır.
 
Qeyd edək ki, builki həcc ziyarətinə sənəd qəbulu yanvarın 26-dan başlayıb və QMİ-nin Həcc şöbəsində sənədlər qəbul olunur. Zəvvarlardan sənəd qəbulu üçün xarici pasport, şəxsiyyət vəsiqəsinin surəti, 4x6 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Əvvəlki illərdən fərqli olaraq, bu il ziyarət iki formada (VİP və nisbətən ucuz) yox, bir formada olacaq. Bir nəfərlik ziyarət paketinin qiyməti isə 3850 ABŞ dolları təşkil edir. Builki həcc mövsümündə azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur. Ötənilki kvota isə 1040 nəfər olub, VİP ziyarət növünün xərci 4500 dollar, nisbətən ucuz ziyarətin xərci isə 3500 dollar olub. Azərbaycanda həcc sənəd qəbulunu yalnız QMİ aparır.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Cəmiyyət 19:15
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
Cəmiyyət 18:08
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 17:06
DYP sürücülərə xəbərdarlıq edib
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Cəmiyyət 16:15
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Cəmiyyət 16:01
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Cəmiyyət 15:50
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Cəmiyyət 15:16
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Bu il 75 üçəm doğulub
Cəmiyyət 15:13
Bu il 75 üçəm doğulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol