• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda ikinci CEO Lunch təşkil olunub

Bakıda ikinci CEO Lunch təşkil olunub
16.03.2017 10:37
Caspian European Club  (Caspian Business Club) və Caspian American Club bu gün (15 mart) Bakıda ikinci  CEO Lunch keçirib.

Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin sözlərinə görə, CEO Lunch CEİBC şirkətlərinin top-menecerlərinin iştirakı ilə hər ayın üçüncü çərşənbə günü təşkil olunur. 

Bu gün Hyatt Regency Baku otelində keçirilmiş CEO Lunch çərçivəsində hökumətin iqtisadi blokunu təmsil edən dövlət qurumlarının rəhbərləri və CEİBC-nin üzv şirkətlərinin top menecerləri arasında qeyri-rəsmi ünsiyyət təşkil edilib. 

Qonaq qismində СЕО Lunch-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırov və  Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə Baş idarəsinin rəisi İsmayıl Abdullayev iştirak ediblər. Klubun yeni formatda  tədbirini dəstəkləyən qonaqlar bunun dövlət və özəl sektor arasında daha sıx əməkdaşlıq qurmağa yardım edəcəyini vurğulayaraq, görüş iştirakçılarına təmsil etdikləri dövlət qurumları ilə əməkdaşlığı genişləndirmək im­kanları barədə məlumat verib və  onların fəaliyyətləri, həmçinin gələcək planları haqqında danışıblar.

Qeyri-rəsmi şəraitdə sahibkarların üzləşdikləri problemlər müzakirə olunub, ölkənin müxtəlif regionlarında biznesin aparılması üzrə onları maraqlandıran məsələlərə, həmçinin iqtisadiyyatın ayrı-ayrı sektorlarında əməkdaşlığın genişləndirilməsi üzrə təkliflərə toxunulub.

CEİBC-yə daxil olan və klubdakı iştirakını davam etdirən şirkətlər öz fəaliyyətləri barədə məlumat veriblər. Görüş iştirakçıları üçün "Spectra" şirkətinin direktoru Rasim İbrahimov və "Sağlam Ailə" Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Rüstəmli tərəfindən təqdimat keçirilib. Təqdimatda şirkətlərin fəaliyyəti və gələcək planları barədə məlumat əks olunub.

Telman Əliyev Caspian European Club-un (Caspian Business Club) 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradıldığını xatırladıb. Caspian European Club-un (Caspian Business Club) sədrinin Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev olduğu bildirilib. Telman Əliyev qeyd edib ki, Caspian American Club-un yaradılması təşəbbüsü də Azərbaycan dövlətinin başçısına məxsusdur.

Onun sözlərinə görə, təsis olunduğu ilk gündən Caspian European Club (Caspian Business Club) neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsinə kömək edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club (Caspian Business Club) dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.

Caspian Energy, Caspian European Club, Caspian Business Club, Caspian American Club və CEO qeydiyyatdan keçmiş ti­carət nişanlarıdır və Caspian Energy International Media Group-a məxsusdurlar.

CEO Lunch-da Azərbaycan, Qazaxıstan, Rusiya, Türkiyə və Avropa İttifaqının nümayəndələri iştirak ediblər. 

 * Material, informasiya, məqalələrin dərci, video və audio süjetlərin hazırlanması zamanı Caspian European Club-un (Caspian Business Club) tədbirinə istinad etmək mütləqdir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Cəmiyyət 15:50
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Cəmiyyət 15:16
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Bu il 75 üçəm doğulub
Cəmiyyət 15:13
Bu il 75 üçəm doğulub
Azərbaycan əhalisinin sayı açıqlanıb
Cəmiyyət 15:11
Azərbaycan əhalisinin sayı açıqlanıb
Zahid Oruc: DİM-in funksional müstəqilliyi qorunmalıdır
Cəmiyyət 14:32
Zahid Oruc: DİM-in funksional müstəqilliyi qorunmalıdır
Sabah bu yolda avtomobilin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 13:54
Sabah bu yolda avtomobilin hərəkəti məhdudlaşdırılacaq
Badamdardakı sürüşmə sahəsində çatlar genişlənib, aktivlik davam edir - Rəsmi
Cəmiyyət 13:40
Badamdardakı sürüşmə sahəsində çatlar genişlənib, aktivlik davam edir - Rəsmi
Böyük vədlərlə başlamaq istəməzdim - ilk açıqlama
Cəmiyyət 13:24
Böyük vədlərlə başlamaq istəməzdim - ilk açıqlama
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib
Cəmiyyət 12:53
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol