• $
  • €
  • ₽
  • ₺
  • £

"Ümid" və "Babək" yataqları ilə bağlı saziş təsdiqləndi

"Ümid" və "Babək" yataqları ilə bağlı saziş təsdiqləndi
02.05.2017 19:40
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Xəzər dənizinin Azərbaycan sektorunda "Ümid" yatağının və "Babək" perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında" Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "SOCAR Umid Oil&Gaz Ltd." şirkəti arasında Risk Xidmət Sazişinin və ona əlavə olunmuş adı çəkilən dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında "SOCAR Umid Oil&Gaz Ltd." şirkəti ilə "Umid, Babek Exploration&Production" şirkəti arasında Müqavilənin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə" qanun layihəsi müzakirə olunub.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, qanun layihəsi təsdiq edilib.

Blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında müqaviləyə görə, podratçı qismində "Umid, Babek Exploration&Production" şirkəti çıxış edir. Müqaviləyə əsasən, kəşfiyyat dövrünün müddəti qüvvəyəminmə tarixində etibarən 3 ildir. Podratçı kəşfiyyat dövrü ərzində kəşfiyyat sahəsi üzrə aparılmış 3D seysmik tədqiqatın mövcud nəticələrini təhlil və təfsir etməli, qazma üçün təhlükəsiz və ekoloji cəhətdən yararlı yer seçmək məqsədilə kontrakt kəşfiyyat sahəsinin mühəndis-geoloji tədqiatını aparmalıdır. Üçölçülü seysmik tədqiqatın təfsiri nəticələrindən asılı olaraq kontrakt kəşfiyyat sahəsində ən azı 1 kəşfiyyat quyusu qazılacaq. Müqaviləyə görə, işlənmə və hasilat dövrü şirkət tərəfindən kontrakt işlənmə sahəsi üzrə İşlənmə Proqramının təsdiqi tarixindəın başlayır və həmin tarixdən etibarən 30 il davam edir. Şirkət tərəfindəm təsdiq olarsa, İşlənmə və hasilat dövrü əlavə 5 il uzadıla bilər.

Qüvvəyə minmə tarixindən 6 aydan gec olmayaraq Podratçı kontrakt işlənmə sahəsindən karbohidrogenlərin işlənməsi və hasilatı planını (İşlənmə Proqramı) təsdiq üçün Şirkətə təqdim edir. İşlənmə Proqramının yazılı təsdiqindən sonra 48 aydan gec olmayaraq Kommersiya haslatının başlanma tarixinə nail olmaq üçün lazım olan bütün məqsədəuyğun addımlar atılacaq.

Risk Xidmət Sazişinin müddəalarına görə, müqavilənin imzalanma tarixindən sonra mümkün qədər qısa müddətə Şirkət podratçının bütün səhmləri müqavilədə iştirak faizlərinə uyğun olaraq Podratçı tərəflərə (və ya onların hər hansı ortaq şirkətlərinə) məxsus olan birgə Əməliyyat Şirkəti yatarmağa vadar edəcək. Belə birgə əməliyyat şirkəti Podratçı tərəflərin adından müqavilənin və podratçı tərəflər və əməliyyat şirkəti arasında birgə əməliyyat sazişinin şərtlərinə müvafiq olaraq neft-qaz əməliyyatlarını başlamağa hazır olacaq.

Qeyd edək ki, "Xəzər dənizinin Azərbaycan sektorunda "Ümid" yatağının və "Babək" perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında" Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "SOCAR Umid Oil&Gaz Ltd." şirkəti arasında Risk Xidmət Sazişi və "Xəzər dənizinin Azərbaycan sektorunda "Ümid" yatağı və "Babək" perspektiv strukturunun daxil olduğu blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında "SOCAR Umid Oil&Gas Ltd." şirkəti və "Umid, Babek Exploration&Production" şirkəti arasında müqavilə bu il yanvarın 12-də imzalanıb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol