• $
  • €
  • ₽
  • ₺
  • £

“Lotu Quli”nin iqamətgahından reportaj

“Lotu Quli”nin iqamətgahından reportaj
29.05.2020 02:43
Xəbər verdiyimiz kimi, araşdırmaçı jurnalist, haqqin.az və virtualaz.org saytlarının təsisçisi Eynulla Fətullayev İstanbulda məşhur kriminal avtoritet "Lotu Quli” ilə görüşüb.

Xatırladaq ki, bu görüş barədə Eynulla Fətullayev dünən özünün Facebook səhifəsində məlumat və foto paylaşmışdı. O bildirmişdi ki, görüş "Lotu Quli”nin İstanbul ətrafındakı iqamətgahında baş tutub.

"Nəhayət Lotu Quli ilə görüşdük, dərdləşdik, keçmişi yada saldıq, gələcək haqda danışdıq”-E.Fətullayev Facebook-da yazmışdı.

Onu da xatırladaq ki, görüş barədə E.Fətullayev saytımıza bildirmişdi ki, "Lotu Quli” ilə şəxsi dostluq münasibətlərinin yaranması 2000-ci illərin ortalarına gedib çıxır. Həmin vaxtlar E.Fətullayev rəhbərlik etdiyi nəşrlərdə jurnalist kimi "Lotu Quli”nin məhkəmə prosesi, ona qarşı irəli sürülmüş ittihamlarla bağlı araşdırmalar dərc edib.

"Həbsdən çıxandan sonra Bakıda "Lotu Quli” ilə görüşmək imkanımız olmadı, bildiyiniz kimi o, həbsdən çıxan kimi Gürcüstana, oradan Türkiyəyə getdi. Nəticədə görüşümüz İstanbulda baş tutdu”-E.Fətullayev vurğulamışdı.
 


E.Fətullayev onu da qeyd etmişdi ki, hazırda azadlığa çıxması münasibətilə köhnə dostları və tanışları "Lotu Quli”ni ziyarət edir...

Bir az əvvəl isə haqqin.az portalında E.Fətullayevin "Lotu Quli”nin İstanbuldakı iqamətgahından reportajı dərc olunub. O, İstanbulda necə qarşılandığından, Nadir Səlifovla 2006-cı ildə türmədəki və indi-azadlıqdakı görüşündən, bu görüşlərdə nədən danışdıqlarından, onun necə kriminal aləmin liderinə çevrildiyindən, onu niyə "Quli” adlandırdıqlarından, post-sovet məkanında qazandığı nüfuzdan, İstanbulda hansı şəraitdə və kimlər tərəfindən mühafizə olunduğundan, eləcə də "Lotu Quli”nin görüşünə gələn məşhur avtoritetlərdən yazıb...

Yəqin soruşacaqsınız: bəs sonra? E.Fətullayev həmin sualı Nadir Səlifovun özünə də verib. Onun cavabı və digər maraqlı məqamlar haqqin.az-dakı reportajın özündə-bu lingdə. Qaçırmayın...

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol