Azərbaycan “Polonez” raket sistemi alır - VİDEO

Belarusun "Polonez” raket sistemləri artıq 2018-ci ildə Azərbaycanda ola bilər.
Anews.az-ın "Kommersant”a istinadən xəbərinə görə, Belarus hökuməti 2018-ci ildə 10 ədəd "Polonez” yaylım atəşli reaktiv sisteminin müqavilə üzrə ixracına başlayacaq.
İddia edilir ki, "Polonez” sistemi Azərbaycanda tədarük ediləcək, belə ki, ölkənin müdafiə naziri Zakir Həsənov Belarusa səfəri zamanı bu sistemin istehsal texnologiyası ilə tanış olub.
Nəşrin mənbəsinin sözlərinə əsasən, bu müqavilə Ermənistan tərəfinin narazılığına səbəb olacaq.
Belarus Müdafiə Nazirliyinə yaxın mənbə bildirib ki, "Polonez” yaylım atəşli reaktiv sisteminin ilk ixracı artıq 2018-ci ilə baş tuta bilər.
Onun sözlərinə görə, birinci müqavilə ilə 10 "Polonez” sistemi tədarük ediləcək (buraya raketlər, nəqliyyat-yükləmə maşınları, idarəetmə məntəqəsi, radiolokasiya stansiyalar və b. daxildir).
Mənbə əlavə edib ki, hüquqi sənədlər artıq son mərhələdədir, müştəri öz maliyyə məsələlərini həll edir.
Mənbə müştərinin adını açıqlamasa da, Rusiya müdafiə sənayesi sahəsində iki top-menecer bildirib ki, söhbət Azərbaycandan gedir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər




















