• $
  • €
  • ₽
  • ₺
  • £

Kəndliləri təhqir edən Laləni hansı cəza gözləyir?

Kəndliləri təhqir edən Laləni hansı cəza gözləyir?
25.04.2018 14:45
Media  məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Əhmədoğlu metropoliten rəsmisinin kənd camaatı ilə bağlı qalmaqallı paylaşımına hüquqi baxımdan şərh verib. Ə. Əhmədoğlu sosial şəbəkədə bildirib ki, əslində məsələ bəsit deyil: "Bəlli bir sosial qrupu ayrıseçkiliyə məruz qoymaq, onları toplumda əlverişsiz vəziyyətə gətirmək yaxud bunu təşviq etmək hüquqi baxımdan yolverilməzdir və nifrət nitqi hesab olunur. 

Ayrıseçkilik sadəcə milli, irqi, etnik, dini aspektdə qarşımıza çıxmır, sosial, mədəni aspektdə də qarşımıza çıxır. Bu səbəblə, Cinayət Məcəlləsinin 283.1-ci maddəsinə görə bu cinayət hesab olunur.

Məcəllədə deyilir ki, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar sürətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə-səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Onun sözlərinə görə, insanları sosial qrup fərqinə görə (şəhərli-kəndli, yaxud kəndçi, yerli-qaçqın, köçkün) ayıraraq, onların hüquqlarını istifadə etməyə məhdudiyyət təklif etmək, (gedin kəndinizə metro rahatlasın, yaxud "pik saatda" kəndçilər kəndində olsa problem yaranmaz və s. kimi) yaxud üstünlüklər müəyyən etmək (kəndçilər olmasa şəhərlilər şəhəri təmiz saxlayardı, metro təmiz qalardı və s. kimi) qadağandır və bunların kütləvi informasiya vasitəsi ilə edilməsi (facebook KİV haqqında qanunun 3-cü madəsnə görə KİV hesab edilir) suçdur:

"Bu tip ifadələrə yol verməyin, bunu etməyin! Ayrıseçkilik olan ifadələrin feysbukda (o cümlədən digər sosial mediada) yayılması prokurorluğun cinayət işi başlamasına əsasdır. Bunu da Cinayət Prosessual Məcəllə deyir”.

Qeyd edək ki, "Bakı Metropoliteni” QSC-nin Marketinq və Reklam şöbəsinin müdiri Lalə Babayeva sosial şəbəkədə kəndliləri təhqir etmişdi.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol