• $
  • €
  • ₽
  • ₺
  • £

Vəzifə almayan məmurlar nə edəcək?

Vəzifə almayan məmurlar nə edəcək?
27.04.2018 10:10
Keçmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov yeni yaradılan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəhbəri təyin edilə bilər. 

"Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı Azpolitika.az saytı yayıb. Sayt iddia edib ki, R. Həsənov hazırda vurulmuş kadr deyil, onun yenidən hökumətdə yer alacağı gözlənilir. Hətta ən pis halda onun yenidən əvvəlki sahəsinə qaytarılacağı, səfir kimi xarici ölkələrdən birinə göndəriləcəyi ehtimal edilir: "Ramiz Həsənovun qardaşı Dursun Həsənov Azərbaycanın Gürcüstandakı indiki səfiridir, qayını Elxan Poluxov da uzun illərdir ki,  diplomatik xidmətdədir.

Sayt keçmiş nazir Səlim Müslümov haqda da maraqlı xəbər yayıb. Bildirilir ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov istefaya göndərildiyi barədə xəbəri doğulduğu Ağsu rayonuna gedərkən yolda alıb. Xəbər nazir üçün son dərəcə gözlənilməz, hətta sarsıdıcı olub. "Nazirin yenidən təyin olunacağına zərrə qədər şübhəsi yox idi. Çox rahat idi. Bu səbəbdən istefaya göndərilməsi xəbəri onu sarsıtdı”,- deyə mənbə bildirib.

"Fəaliyyəti geniş əhali qruplarının diqqətində olan S.Müslümov nazir təyin olunduqdan sonra əlilliyin təyinatı və sair sahələrdə müəyyən dəyişikliklər həyata keçirildi. Lakin bunlar rüşvətxorluğun, qeyri-qanuni ödənişlərin qarşısını ala bilmədi. Əvəzində isə həqiqətən əlil olan şəxslərin əlilliyinin təsdiqi prosesi çətinləşdi. Eyni zamanda Qarabağ müharibəsində əlil olan şəxslərin avtomobil, mənzil növbəsinə götürülməsi prosesi, demək olar ki, tamamən dayandırıldı”.

Sayt bildirir ki, DSMF-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibinə verilməsindən sonra S.Müslümovun rəhbərliyi ilə pensiya islahatlarının yeni mərhələsi başladıldı. Bu dəfə tətbiq edilən yeniliklər sayəsində isə həm pensiya yaşı artırıldı, həm də elə qaydalar müəyyən olundu ki, mütəxəssislərin fikrincə, indiki şərtlər daxilində, işləyən hər 100 nəfərdən 35-40 nəfəri ancaq o qaydalar əsasında pensiya ala biləcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol