• $
  • €
  • ₽
  • ₺
  • £

Gömrüyün yeni şefindən mühüm addım: Ciddi islahatlar...

Gömrüyün yeni şefindən mühüm addım: Ciddi islahatlar...
30.04.2018 16:19
23 aprel 2018-ci ildən Azərbaycan Respublikası prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədri vəzifəsinə təyin olunan general-leytenant Səfər Mehdiyev rəhbəri olduğu qurumda ciddi islahatlara start verib.

Unikal.org-un məlumatına görə, 23 aprel tarixində DGK-ya sədr təyin olunan Səfər Mehdiyev gömrük sistemində aparılmağa başlanmış islahatların sürətlənməsi, gömrük-keçid məntəqələri vasitəsilə malların hərəkətində mövcud olan bütün neqativlərin aradan qaldırılması üçün rəhbər şəxslərə tapşırıq verib. Hazırda ölkə başçısı cənab İlham Əliyev gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında komitə sədrinin qarşısında qoyduğu bütün tapşırıqlar uğurla icra olunur.

Gömrük sistemində həyata keçirilən islahatlar nəticəsində dövlət sərhədinin buraxılış məntəqələrinin buraxılış qabiliyyətini artırmaq və vətəndaşların rahatlığını təmin etmək üçün malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin daha da təkmilləşdirilməsi, ticarət-iqtisadi münasibətlərdə idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi, bütün istiqamətlərdə gömrük işinin beynəlxalq standartlara uyğun aparılması, normativ hüquqi bazanın yaradılması, ticarətin asanlaşdırılması, gömrük sərhədindən mal dövriyyəsinin sürətləndirilməsi, ölkədə sahibkarlığın inkişafında və biznes mühitinin formalaşmasında, iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsində gömrük sisteminin rolunun daha da artırılması üçün bir sıra məqsədyönlü işlər görülüb.

Səfər Mehdiyev artıq bütün gömrükçülərin qarşında əsas şərt kimi gömrük sistemində idxal-ixrac əməliyyatları zamanı şəffaflığı tam təmin etmək və neqativ halları maksimum aradan qaldırmasını qoyub.

Son günlərdə gömrük sistemində mövcud olan problemlərin tam aradan qaldırmaq məqsədilə atılan addımlar öz nəticəsini verir. Sahibkarlar gömrük sistemində aparılan bu islahatlarıda müsbət dəyərləndirir, bu cür islahatları ölkəmizin qeyri-neft sektorunun daha da inkişafına gətirib çıxaracaqlarını dilə gətiriblər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol