Bakıda güclü partlayış: ölən var

Binəqədi rayonu, "Elit” Ticarət Mərkəzi yaxınlığında yerləşən kafedə baş verən partlayış nəticəsində iki nəfərin öldüyü bildirilir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.
Təcili tibbi yardım hadisə yerinə çatana qədər iki nəfər ölüb. Ölənlərdən biri qadın, biri kişidir. Daha iki nəfər isə xəsarət alıb. Xəsarət alanlar Respublika Yanıq Mərkəzinə yerləşdirilib.
_____
Bu gün Bakı şəhərinin Binəqədi rayonunda partlayış hadisəsi baş verib.
Lent.az xəbər verir ki, "Elite" ticarət mərkəzinin yaxınlığında qaz sızmasından partlayış olub. İlkin məlumata görə, 1 nəfər hadisə yerində vəfat edib.
Hadisə yerinə təcili tibbi yardım briqadaları və xilasedicilər göndərilib.
Əlavə məlumat veriləcək.
www.anews.az
Son xəbərlər 
Daha çox 























