• $
  • €
  • ₽
  • ₺
  • £

Plastik cərrah xəstəni bu hala qoyub - FOTOLAR

Plastik cərrah xəstəni bu hala qoyub - FOTOLAR
05.06.2018 15:02
"Bir az da gec müdaxilə olunsaydı, bəlkə də, infeksiya bədənimə yayılıb ölə bilərdim”. 
 
Anews.az xəbər verir ki, bu sözləri "qafqazinfo”ya müraciətində Bakı sakini Nəzirə Salehova deyib. O bildirib ki, aprelin 27-də Real Hospitalında fəaliyyət göstərən plastik cərrah Mübariz Məmmədliyə liposaksiya və lipofillinq əməliyyatı etdirib. Əməliyyatdan əvvəl bütün analizləri normal çıxsa da, sonradan vəziyyəti ağırlaşmağa başlayıb:

"Əməliyyatdan sonra özümü pis hiss etməyə başladım. İstiliyim qalxdı, təzyiqim düşdü. Həkim dedi ki, nəticələr hər insanda fərqli olur, buna görə narahat olmayım. 2 gün xəstəxanada qaldıqdan sonra evə gəldim. Ancaq getdikcə vəziyyətim pisləşməyə başladı. Yenidən həkimlə əlaqə saxladım və səhhətimlə əlaqədar 10 gün xəstəxanaya gedib gəldim.

Bir müddət sonra sağ döşümdə şişkinlik yaranmağa başladı, rəngi də dəyişmişdi. Xəstəxanaya getdim, şprislə deşdi və sonra dedi ki, problem yoxdur.

Ancaq həmin gecə döşüm daha da şişdi və ləkələr yaranmağa başladı. Səhər ultrasəs müayinəsinə girdim və məlum oldu ki, yığıntılar var. Sinəmi yarıb günlərlə çirk çıxartdılar. Daha sonra müəyyən oldu ki, gec müdaxilə olunduğu üçün artıq infeksiya qanıma, ürəyimə, qaraciyərimə keçib”.

N.Salehova vəziyyəti daha ağırlaşdığı üçün başqa xəstəxanya üz tutub:

"Digər xəstəxanada güclü müalicə aldım. İndi vəziyyətim nisbətən yaxşıdır. Həkimlər deyir ki, tam sağlamlığımı bir ilə qazanacam”.

Şikayətçi məsələylə bağlı artıq prokurorluğa müraciət edib.

Məsələ ilə bağlı plastik cərrah Mübariz Məmmədli ilə əlaqə saxlanılıb. Xəstənin sözlərini təkzib edən həkim bildirib ki, infeksiyanın əməliyyat zamanı düşməməsi ilə bağlı əllərində sənəd var:

"Bu məlumatın yalan olması artıq təsdiqlənib. Yaxında həmin xanımı şər-böhtan atdığına görə məhkəməyə verəcəyik. Həqiqətən də xanımın sinəsinə infeksiya düşüb. Ancaq bu, əməliyyatın nəticəsi deyil. Bizim xəstəxanada ona hər hansı bir infeksiya keçməyib. Çünki biz ondan sonra əməliyyatxanamızı qanuni şəkildə yoxlatmışıq və onun sinəsində tapılan infeksiya bizdə aşkar edilməyib. İnfeksiya başqa bir yerdə yoluxub. Əgər problem bizdə olsaydı, həm hər iki sinəsi, həm də popo nahiyyəsi irinləyərdi. Xəstə əməliyyatdan sonra dediklərimizə əməl etməyib və əməliyyat ağırlaşması baş verib. Heç bir həkim istəməz ki, belə bir hadisə olsun. Əlimizdə sənədlərimiz də var və mənəvi ziyan vurduğuna görə, məhkəmə qarşısında cavab verəcək”.

Xatırladaq ki, həkim M.Məmmədli bir müddət özünü əməliyyat etməsi ilə media gündəminə gəlmişdi.
 




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol