• $
  • €
  • ₽
  • ₺
  • £

Qəzaya düşən müğənni: həkimlər 2 ay vaxt qoyub - VIDEO

Qəzaya düşən müğənni: həkimlər 2 ay vaxt qoyub - VIDEO
12.06.2018 15:08
Bir müddət yerimək mümkün olmayacaq. Həkimlərin nəzarəti altındayıq.

Kult.az xəbər verir ki, bu sözləri qəzaya düşən müğənni Zeynəb Həsəni ARB TV-yə açıqlamasında bildirib. O, hadisəni tam olaraq xatırlamadığını söyləyib:

"Hadisə tam yadımda qalmayıb. Yağış təzə çiskinləməyə başlamışdı. Avtomobili mən idarə edirdim. Sol tərəfdən çanaq sümüyüm sınıb. Çox yerdəyişmə olmadığına görə, gipsə ehtiyac olmadı. Türkana da, mənə də ayaq üstə durmaq və hərəkət etmək üçün 2 ay müddət qoyublar. Bəzən elə olur ki, o kabinetdən bu kabinetə görüntülü danışırıq. Soruşur ki, ağrımırsan? Deyirəm yox. Birdən elə olur ki, o, ağlayır, mən ağlayıram. O mənə, mən də ona deyirəm ki, ağlama. Biz ancaq deyib-gülə bilərik. Mübahisə ola bilməz”.

Zeynəbdən fərqli olaraq "Səhər-Səhər” komandası Türkanla görüşə bilməyib. Buna səbəb isə Türkanın vəziyyətinin Zeynəbdən daha ağır olmasıdır. Hər iki müğənninin ziyarətinə Xatun, Hacı Nazim, Vasif Əzimov, Damla, Şəbnəm Tovuzlu, Şəbnəm Qəhrəmanova, Ruhəngiz Allahverdiyeva, rəqqasə Fatimə, Sevil-Sevinc bacıları, Ağamirzə, Əbdülxalid və bir çox məhşurlar gəlib.

Zeynəb Həsəni insanları belə günlərdə tanımaq olduğunu deyib:

"Şad gündə hamı gəlib oynayır. Amma belə günlərdə insanlar tanınır. Türkan gəlməsə idi mənim yanıma, mənim gözüm yolda qalardı və ya mən gəlməsəydim onun gözü yolda qalardı”.

Qeyd edək ki, məşhur meyxanaçı Pərviz Bülbülənin duet ortağı Türkan Vəlizadə 2 iyun gecə saatlarında müğənni həmkarı Zeynəb Həsəni ilə avtomobil qəzasına düşüb. Qəzaya səbəb isə yağışlı hava şəraiti olub. Qəza zamanı Türkan Vəlizadənin ayağı və çiyni, Zeynəb Həsəninin isə çanaq sümüyü sınıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol