• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi Bankın zəruri saydığı 200 manatlıqlar niyə dövriyyədə deyil? - RƏY

Mərkəzi Bankın zəruri saydığı 200 manatlıqlar niyə dövriyyədə deyil? - RƏY
25.07.2018 10:12
Ötən ay dövriyyəyə buraxılan 200 manatlıq əskinasların hələ də hesablaşmalardakı payı azlıq təşkil edir. 
Oxu.Az xəbər verir ki, nağd əməliyyatlarda, pərakəndə satış zamanı ödənişlərdə 200 manatlıq əskinaslara, demək olar ki rast gəlinmir. 
Sadəcə, barmaqla sayıla biləcək qədər şəxsdə 200 manatlıq əskinas var. Onlar da bu nominalı nadir nümunə kimi istifadə edirlər. Yəni portmanatlarının bir cibində kimlərəsə belə nominala sahib olduqlarını göstərmək məqsədilə saxlayırlar. 

Xatırladaq ki, Mərkəzi Bank sədri bankların istənilən həcmdə sifariş yerləşdirib 200 manatlıq əskinasları təhvil ala biləcəyini söyləmişdi. Həmçinin bildirmişdi ki, bu əskinaslar üçün daha yüksək tarif dərəcəsi - 0,2%  müəyyən edilib.
Görünür, digər əskinaslar üçün 0,1% tarif dərəcəsinin mövcud olması bankları 200 manatlıq əskinas almağa maraqlı etmir.
Kimdə 200 manatlıq əskinas var? 
Əvvəlcə müştəri kimi bankların kassalarına müraciət etdik. Bildirdilər ki, onlarda 200 manatlıq əskinas yoxdur. Market və dükanlardan da eyni cavabı aldıq. 
İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, 200 manatlıq əskinasların iyun ayında dövriyyəyə buraxılmasına baxmayaraq, çoxları bu əskinasları görməyib:
"Bu da praktik olaraq, əskinasların dövriyyədə payının az olması və ya az nominalın buraxılması ilə bağlıdır. Digər tərəfdən, 200 manatlıq əskinasların buraxılmasına ehtiyac və tələb yox idi”. 

Ekspert deyir ki, 200 manatlıqların dövriyyəyə buraxılması pul bazasında heç nəyi dəyişməyib:
"Hesablaşmalara təsir etməyib. Belə ki, 100 manatlıq nominalların dövriyyəsini azaltmayıb. Baxmayaraq ki, 200 manatlıq əskinasların buraxılmasını Mərkəzi Bank zəruri hesab edirdi”.
Onun sözlərinə görə, indiki məqamda irinominallı əskinasların dövriyyəyə buraxılmasına ehtiyac yoxdur.  

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
В Сумгайыте вновь обрушился участок дороги на улице Узеира Гаджибейли
Cəmiyyət 11:03
В Сумгайыте вновь обрушился участок дороги на улице Узеира Гаджибейли
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Cəmiyyət 19:15
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
Cəmiyyət 18:08
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 17:06
DYP sürücülərə xəbərdarlıq edib
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Cəmiyyət 16:15
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol