• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı müğənnini dostu qətlə yetirdi - FOTO

Azərbaycanlı müğənnini dostu qətlə yetirdi  - FOTO
29.05.2020 02:33
Bərdədə dostu və həmkarı olan xanəndə yoldaşı tərəfindən qətlə yetirilən Miryusif Mirizadənin cinayət hadisəsinin yeni təfərrüatı ortaya çıxıb.
Anews.az Milli.Az-a istinadla xəbər verir ki, bu barədə əməkdar artist Səbuhi İbayev qonağı olduğu "5/5" proqramında məlumat verib.
 
 

Əməkdar artist Miryusif Mirizadənin qətli ilə bağlı bunları deyib:
"Hələ ki, istintaq gedir. Qətlə yetirən evdən pul oğurlayıb, gəlib maşın alıb. Günahı Miryusifdə görüblər. Nə edibsə, qardaşı ilə ediblər. Rayondakı qardaşı qəbul etməyib bu qardaşının (Novruz Hüseynov) maşın almağını. İki qardaş əlbir olub öldürüblər. Miryusifə nəsə deyiblər, orada aralarında nə söhbət olubsa, ikisi öldürüblər onu. 30 yaşı 3 gün qabaq tamam olmuşdu. 
O, Miryusifi öldürdükdən sonra özünü öldürməyib. Axşam izi itirmək üçün rəhmətliyi harasa aparmaq istəyirmiş. Yolda maşın aşıb. O, onda ölməyib. Maşın aşandan sonra, yol polisləri gəlib. Qorxusundan istəyib kanalı keçə, keçə bilməyib, batıb. Ən çox Novruzun qardaşından şübhələnirik"


Xatırladaq ki, avqustun 1-də xanəndə Novruz Hüseynovun meyiti Qarabağ su kanalının Ağcəbədi rayon ərazisindən keçən hissəsində aşkarlanıb. Yol qəzasında öldüyü deyilən xanəndə Miryusif Mirizadənin isə dostu Novruz Hüseynov tərəfindən qətlə yetirildiyi məlum olub. N.Hüseynov dostunu 14 bıçaq zərbəsi ilə öldürdükdən sonra özünü Qarabağ su kanalına ataraq intihar etdiyi deyilirdi. Onun meyiti hadisənin baş verdiyi ərazidən 5 km aralıda, Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisində tapılıb.
Qeyd edək ki, hadisə ilə bağlı N.Hüseynovun qardaşı Elçin Hüseynov saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol