• $
  • €
  • ₽
  • ₺
  • £

Bu cür dərmanları almayın! - VİDEO

Bu cür dərmanları almayın! - VİDEO
29.05.2020 01:17
Apteklərdən dərman alarkən onların içlik kağızının olub-olmamasına elə də diqqət etmirik. Ya da bir çox insan həkiminə inanaraq resepti əsasında aldıqları dərmanların içliyini oxumur, ya da oxuya bilmir.

Anews.az xəbər verir ki, ARB TV-nin "Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Sakin: "O qədər xırda yazılır ki, oxumaq mümkün olmur”.

Həkim reseptdə xəstənin dərmanı yeməkdən sonra udmalı olduğunu yazır, dərmanın içlik kağızında isə onun yemək yeməmişdən əvvəl qəbul edilməli olduğu qeyd olunur. Bu vəziyyət isə xəstələri çaşbaş salır.

Həkimlər xəstələrin dərmanları içlik kağızlarında yazılanlara görə yox, həkim reseptinə uyğun qəbul etməli olduqlarını bildirirlər.

Ruslan Qüdrətov - Həkim: "Həkim pasientin digər xəstəliklərini bilir və ona uyğun yazır, Dərman kağızında yazılanlar isə yox”.

Hər bir pasiyent qəbul edəcəyi dərmanın tərkibi, istifadə qaydaları, əsk təsirləri kimi informasiyanı içlik kağızından almalıdır. Ona görə də qutusunda Azərbaycan dilində yazılmış içlik vərəqəsi olmayan dərmanların satışa çıxarılması qadağandır.

Məsələ təkcə içlik vərəqəsinin olması ilə də bitmir. Həmin kağızlardakı informasiya aydın şəkildə, tibb təhsili olmayan alıcıların belə anlaması üçün sadə formada yazılmalıdır.

İstənilən vətəndaşın hər hansı bir preparatla bağlı sualları olarsa, şübhələri yaranarsa Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin "Qaynar xətt” xidmətinin nömrələrinə zəng vura bilərlər. Bu xidmətə daxil olan dərman preparatları ilə bağlı şikayətlər araşdırılır və lazımi tədbirlər görülür.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol