• $
  • €
  • ₽
  • ₺
  • £

Abel Məhərrəmovun səfir oğlundan yeni xəbər - VİDEO

Abel Məhərrəmovun səfir oğlundan yeni xəbər - VİDEO
29.05.2020 02:05
İspaniya Krallığı Diplomatiya Akademiyasının Madrid şəhərindəki mənzil-qərargahında bu akademiyanın yeni fəxri akademiklərinin təltif olunması mərasimi keçirilib.

Tədbirdə akademiyanın icraçı prezidenti Santiyaqo Velo de Antelo, idarə heyətinin üzvləri, İspaniya Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin yüksəkvəzifəli şəxsləri, İspaniyanın xarici ölkələrdəki səfirləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və digər tanınmış şəxslər iştirak ediblər.

İspaniyanın xarici ölkələrdəki səfirləri və İspaniya Krallığının xarici işlər nazirlərinin təşəbbüsü və səyləri nəticəsində təsis edilmiş akademiya diplomatiya və beynəlxalq münasibətlər sahəsində ölkənin ən mötəbər qurumlarından biridir.

Tədbiri açan akademiyanın icraçı prezidenti Santiyaqo Velo de Antelo həm İspaniyanın xarici ölkələrdəki səfirləri, həm də bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri üçün akademiyanın ən ali - fəxri akademik mükafatının təsis edildiyini bildirib. O qeyd edib ki, xarici ölkələrin İspaniyada akkreditə olunmuş səfirlərinin öz ölkələri ilə İspaniya arasında əlaqələrin inkişafına verdikləri töhfə fəxri akademik mükafatla təltif edilərkən əsas meyar kimi götürülür.

Tədbir zamanı İspaniyada akkreditə olunmuş dörd ölkənin – Azərbaycan, Avstriya, Rumıniya, Ekvatorial Qvineyanın səfirləri akademiyanın yeni fəxri akademiki adına layiq görülüblər. S.Velo de Antelo İspaniya ilə digər dövlətlər arasında münasibətlərdən bəhs edərək, Azərbaycanda hərtərəfli inkişaf fonunda əldə olunan nailiyyətlərin ölkələrimiz arasında münasibətlərin daha da inkişafına xidmət etdiyini vurğulayıb.

Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov fəxri akademik adına layiq görüldüyü üçün İspaniya Krallığı Diplomatiya Akademiyasının icraçı prezidentinə və idarə heyətinin üzvlərinə minnətdarlığını bildirib. O, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi strategiyaya uyğun olaraq ölkəmizlə İspaniya arasında münasibətlərin bu gün yüksələn xətt üzrə inkişaf etdiyini söyləyib.

Sonda fəxri akademik adına layiq görülmüş şəxslərə İspaniya Krallığı Diplomatiya Akademiyasının fəxri diplomu və nişanları təqdim edilib.

azertac


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol