• $
  • €
  • ₽
  • ₺
  • £

Zirəddin Rzayev “ekstrasens”lərin sirrini açdı - VİDEO

Zirəddin Rzayev “ekstrasens”lərin sirrini açdı - VİDEO
29.05.2020 02:25
12 il əvvəl Rusiya televiziyasında "Ekstrasens döyüşləri” adlı proqram efirə çıxıb.

Oxu.Az Lenta.ru-ya istinadən məlumat verir ki, proqram "şarlatan istehsal edən fabrik” statusunu alsa da, bu, onun televiziyada yayılmasına mane olmayıb.

KİV mistik şounun müəlliflərinin tamaşaçıları aldadaraq onları "ötəri dünyaya” inanmağa və kömək üçün fırıldaqçılara müraciət etməyə məcbur etdiyini sübut edib.

Əslində, "Ekstrasens döyüşləri”nin bütün iştirakçıları şou zamanı verilişin redaktorlarından aldıqları tapşırıqlar üzrə hərəkət edirlər. Sonradan onlar aktyorluq ustalıqlarını işə salaraq aldıqları tapşırıqları mümkün qədər real və artistik yerinə yetirməyə çalışırlar. Bu məlumatı çəkiliş prosesinin təşkil edilməsində iştirak edən proqramın keçmiş iştirakçıları və keçmiş redaktoru jurnalistlərə təsdiq ediblər.

2008-ci ildə finala çıxmağın qiyməti 450 min rubl (11500 manat) təşkil edib. Belə çıxır ki, müsabiqə iştirakçısı lap əvvəldən federal kanalın ekranından bir neçə ay ərzində düşməyəcəyinə əmin ola bilər. Məbləğin böyük olmasına baxmayaraq, bəziləri onu ödəməyə hazırdırlar, çünki şoudan sonra bu pulları qısa zamanda qazanacaqlarını bilirlər.

Ssenari müəlliflərinin yardımı ilə gələcək teleulduzlar irsi baxıcılar olurdular və ya bir neçə dəfə kliniki ölüm keçirirdilər. Lakin teleproqramın ideal iştirakçısı olmaq üçün telegenik olmağı və şou göstərə bilməyi də bacarmaq lazımdır. Ona görə də layihəyə ancaq artistlik qabiliyyəti olan insanlar seçilir. Bəzi hallarda bu ən parlaq qəhrəmanlardan biri olan Culiya Vanq kimi artist ailəsində dünyaya gələnlər olur (əsl adı - Yuliya Qavrikova).

"Döyüş”ün keçmiş redaktoru Oleq Loskutovun sözlərinə görə, müəlliflərin "ip uclarını” kastinq zamanı həm paket, həm də pərakəndə şəkildə almaq mümkündür. Bir qayda olaraq, onlar əvvəlcədən elektron poçtla göndərilir. İlk dövrlərdə təyin edilmiş bir qiymət olmayıb.

O.Loskutov xatırlayır ki, etdiyi "əməkdaşlığa” görə orta hesabla 40 min rubl (min manata yaxın – red.) alıb. Dördüncü mövsümdə ona sınağa görə 30 min (760 manat – red.) və finala çıxmağa görə 300 min (7600 manat – red.) ödəniş ediblər.

Qiymət cədvəli yalnız 2011-ci ildə formalaşıb. Sınaqdan uğurlu çıxmağa görə qiymət 2 min ABŞ dolları, ilk mövsümdə finala çıxmağın qiyməti isə 10 min dollar olub.

"Bu elə də böyük bir məbləğ deyil, axı finalçı ekstrasens bir qəbula görə 170 min rubl alırdı (4300 manat – red.)”, - deyə keçmiş ssenari müəllifi bildirib.

Verilişin səhnələşdirilmiş xarakterli olmasını Zirəddin Rzayev də təsdiq edib. O, jurnalistləri öz evində xoş qarşılayıb.

O, fəxrlə yaşadığı evi və sırf şou üçün hazırlanmış kostyumlarla dolu otağı nümayiş etdirib, dünyanın ən baha brendinin 195 min 800 rubl (5000 min manat – red.) dəyərindəki jaketini əyninə geyinib.

Z.Rzayev şou iştirakçılarını iki tipə ayırıb: yaxşı psixoloqlar və psixi xəstələr.

Onun sözlərinə görə, ekstrasens xüsusiyyətinə malik insanlara şouda rast gəlməyib. O, özünü layihədə yeganə əsl ekstrasens adlandırıb və 25 min rubldan 50 min rubla qədər (635 manatdan 1300 manata qədər – red.) ip ucu aldığını da etiraf edib.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol