• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda ər arvadını və körpəsini metroda atıb getdi

Bakıda ər arvadını və körpəsini metroda atıb getdi
02.02.2019 15:13
Bakıda qadın yeddi aylıq körpəsi ilə metroya atılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, qadın bir neçə saat "Bakı Metropoliteni”nin "Nizami” stansiyasında qalıb.

Bundan sonra ana və körpəsi polis əməkdaşları tərəfindən "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına təhvil verilib.

Oxu.Az-a danışan 1987-ci il təvəllüdlü P.E. (ad şərtidir - red.) artıq ikinci dəfədir ki, əri tərəfindən küçəyə atıldığını deyib:

"Yoldaşım məni döyürdü. Bir neçə gün bundan qabaq qucağımda yeddi aylıq uşaqla məni metronun "Nizami” stansiyasına gətirdi. Dedi, burada gözlə, işim var, gedim gələcəm. Getdi və qayıtmadı. Polislər bizi bura gətirdi”.

Sığınacaqdan verilən məlumata görə, qadın öz ailəsinin yanına qayıtmağa qorxur. "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, qadına hüquqi və maddi yardım göstərilməsi üçün aidiyyəti qurumlara məlumat verilib:

"Bizə polislər tərəfindən gətirilib. Dediyinə görə, əri onları metroya qoyub və gedib. Heç birinin sənədi olmadığı üçün müraciət edib onların sənədlərini düzəltdik. Ailəsi və yoldaşı ilə əlaqə saxlayıb danışıqlar aparmaq istəsək də, heç bir nəticə əldə olunmayıb. Xanımın daha əvvəl başqa biri ilə ailəli olduğu məlum olub. Həyat yoldaşından ayrıldıqdan sonra yaxınlarının vasitəsilə yenidən ailə qurub və övlad dünyaya gətirib”.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun verdiyi məlumata görə, faktla bağlı metronun "Nizami” stansiyasına heç bir rəsmi müraciət daxil olmayıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol