• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ərzaqları mikrodalğalı sobada qızdırırsınızsa... - Elə bilin ki, zəhər yeyirsiniz

Bu ərzaqları mikrodalğalı sobada qızdırırsınızsa... - Elə bilin ki, zəhər yeyirsiniz
08.02.2019 21:30
Mikrodalğalı soba mətbəxdə insanların işini asanlaşdıran ən lazmlı məişət avadanlıqlarındandır. Lakin ondan düzgün istifadə edilmədikdə sağlamlıqla bağlı bir sıra problemlərə gətirib çıxara bilər.

Anews.az medicina.az-a istinadən bildirir ki,  bəzi ərzaqlar mikrodalğalı sobada qızdırıldıqda öz faydalı xüsusiyyətlətini itirərək hətta orqanizm üçün təhlükəyə çevrilir.

Donmuş ət

Ətin buzunu mikrodalğalı sobada tez əritmək mümkündür. Amma bunu etmək məsləhət deyil. Bir qayda olaraq ət yalnız kənarlardan qızır, amma ətin içi yenə də buzlu qalır. Bundan əlavə, ətin qeyri-bərabər qızması onda bakteriyaların çoxalmasına səbəb olur ki, bu cür ərzaqdan istifadə etmək təhlükəli ola bilər. Ətin buzunun əridilməsinin ən yaxşı yolu onu soyuducunun aşağı  hissəsində bir müddət saxlamaqdır.

Yumurta

Yumurtanı mikrodalğalı sobada qabıqlı halda qətiyyən bişirməyin! Sobanın içində istilik qəfil artdığı üçün yumurtanın qabığının altında güclü təzyiq yaranır və yumurta partlayır. Əvvəlcədən bişmiş yumurtanı da mikrodalğalı sobada qızdırmaq məsləhət deyil. Çünki onun tərkibində olan zülallar qızarkən xüsusiyyətlərini dəyişərək sağlamlıq üçün ciddi təhlükə yaradırlar. Bura yumurtalı yeməklər də daxildir.

İspanaq və digər yaşıl göyərtilər

Qızdıran zaman yaşıl göyərtilər və ispanaq göz önündə sanki quruyur və öz faydalı xüsusiyyətlərini itirirlər. Bundan əlavə onların tərkibində olan nitratlar istinin təsiri ilə zəhərli maddəyə çevrilərək insanı zəhərləyə bilər.

Meyvə və giləmeyvələr

Meyvə və giləmeyvələr hətta dondurulduqda belə öz faydalı xüsusiyyətlərini saxlayırlar. Amma əgər siz bu ərzaqları dondurucudan çıxararaq mikrodalğalı sobada əritsəniz, o zaman onların tərkibində olan bütün minerallar və vitaminlər məhv olacaq. Hətta bu maddələr şüaların təsiri ilə konseragen maddələrə də çevrilir. Bundan əlavə, bəzi şirəli meyvə və giləmeyvələrin tərkibində çox maye olduğu üçün qızdıran zaman partlaya da bilərlər.

Toyuq

Toyuğun tərkibində qırmızı ətdən çox zülal var. Yaxşı olardı ki, artıq qalmış toruq yeməyini qızdırmadan istifadə edəsiniz. Səbəbi isə toyuğun mikrodalğalı sobada qızarkən tərkibindəki zülalların quruluşunun dəyişməsi və sağlamlığa ciddi zərərlər verməsidir. Əgər toyuğu qızdırmalısınızsa, o zaman ən aşağı temperaturda və uzun müddətə edin.

Göbələk

Göbələk də toyuq kimi zülal mənbəyidir. Faydalı xüsusiyyətlərinə baxmayaraq göbələyi də qızdırdıqda hətta sağlam insanın həzm sistemində problemlər yarada bilər. Bu məhsulu hazırlanan kimi isti halda yemək məsləhətdir. Əgər göbələk səhəri günə qalarsa, o zaman onu ya soyuq halda, ya da qazın üzərində qızdıraraq yeyə bilərsiniz.

Süd məhsulları

Süd məhsullarının tərkibində həzm üçün faydalı bifido və laktobakteriyalar mövcuddur. Qızdırıldıqda onlar məhv olur, məhsul dadını və keyfiyyətini itirir. Buna görə də süd məhsullarını otaq temperaturunda istifadə etmək lazımdır.

Bal

Bal soyuducuda qaldıqda kristallaşır, yapışqan və bərk olur. Bu, balın təbii olduğundan xəbər verir. Onu əvvəlki halına gətirmək üçün bir çoxları mikrodalğalı sobadan istifadə edir. Amma bunu etmək lazım deyil, çünki belə olduqda balın tərkibində olan bütün faydalı xüsusiyyətlər itir. Yaxşı olardı ki, balı təbii halda və ya su hamamında 40 dərəcədən çox qızdırmadan qəbul edəsiniz.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol