• $
  • €
  • ₽
  • ₺
  • £

Vasif Məhərrəmli hirsləndi: "Sosial şəbəkədəkilər gədə-güdədirlər"

Vasif Məhərrəmli hirsləndi: "Sosial şəbəkədəkilər gədə-güdədirlər"
21.02.2019 20:08
"Mətanət Əsədovanın ad günündə Könül Xasıyevaya pul verilməsi təşəbbüsü məndən gəlib”.

Anews.az aznews.az-a istinadən xəbər verir ki, müğənni Vasif Məhərrəmli, xalq artisti, ağır xəstəlikdən əziyyət çəkən Könül Xasıyevanın əlinə pul verilməsi ilə bağlı sosial şəbəkədə yayılan videoya münasibət bildirərkən deyib. 

Sənətçi açıqlamasında sosial şəbəkə izləyicilərini təhqir edib: 


"Xanəndənin əlinə pul qoyarlar. Bu təşəbbüs məndən gəlib. Adama deyərlər imkanın çatarsa, sən də elə. Ürəymdən gəlib, eləmişəm. Sonra da dostlarımdan xahiş etmişəm, demişəm ki, məni istəyənlər hamısı pul versin. Xanəndələrə pul verməyəndə pərt olurlar. Bu ənənə Cabbar əminin dövründən bizə gəlib. Bu sahəni bilən yoxdur deyə, belə danışırlar. Biz pulu harada verək? Şəkidə? Mənə ağıl verirlər? Sosial şəbəkədəkilər gədə-güdədirlər. Siz bilmirsiniz oxumaq nədir. Burada nə pislik var? Mən belə səviyyəsiz rəyləri, fikirləri oxumuram. Sosial şəbəkədə olanların əlindən heç nə gəlmir”. 


Qeyd edək ki, bir neçə gün öncə müğənni Mətanət Əsədovanın ad günü mərasimi keçirilib. Mərasimdə səbəbkar da daxil olmaqla bir necə sənət adamı-Vasif Mərərrəmli, Manaf Ağayev xalq artisti Könül Xasıyevanın əlinə pul verib. Bu isə sosial şəbəkədə böyük müzakirəyə səbəb olub. İzləyicilər həmin anın videoya çəkilərək paylaşılmasını Könül Xasıyevaya dəstək yox, sədəqə verilməsi kimi qiymətləndiriblər. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol