Azərbaycanda 10 yaşlı uşağı "tok" vurdu, qolu amputasiya edildi

Şəmkir rayonunda bədbəxt hadisə baş verib.
Anews.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, rayonun Dəllər Cəyir kənd sakini, 2009-cu il təvəllüdlü Hüseynov Şadxan kənd uşaqları ilə gizlən-qaç oynayan zaman yaxınlıqdakı elektrik transformatorun arxasında gizlənib.
Bu zaman uşağın qolu yüksək gərginlikli elektrik xəttinə toxunub və onu "tok" vurub. Ş.Hüseynov qolu yanığa bağlı amputasiya edilib.
www.anews.az
























