• $
  • €
  • ₽
  • ₺
  • £

“O, təkidlə mənə “Xocalıda 2 nəfərin öldüyünü yazın” dedi” - Bir xəbərin rezonansı

“O, təkidlə mənə “Xocalıda 2 nəfərin öldüyünü yazın” dedi” - Bir xəbərin rezonansı
26.02.2019 11:52
1992-ci il fevralından 25-dən 26-na keçən gecə törədilmiş dəhşətli Xocalı qətliamının bu gün 27-ci ildönümü qeyd olunur. Hələ də beynəlxalq səviyyədə Xocalı soyqırımını törədənlərə ədalətli məhkəmə qurulmayıb. Əsrin ən dəhşətli faciəsi ilə bağlı bəzi müəmmalar hələ də açılmamış qalır. O zaman soyqırımı törədiləndən sonra Azərbaycan ictimaiyyətinə verilən ilk rəsmi məlumatda yalnız 2 nəfərin öldüyü söylənilmişdi. Halbuki, həmin gecə Azərbaycan xalqına qarşı ən dəhşətli soyqırımı törədilmiş, yüzlərlə insan qanına qəltan edilmişdi. 

Azərbaycan Dövlət Televiziyasında (AzTV) səslənmiş həmin informasiyaya görə isə, guya 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalıda ermənilər tərəfindən cəmi 2 nəfər öldürülüb. Bəzi şəxslər "Xocalıda 2 nəfər qətlə yetirilib” xəbərinə görə o zamankı prezident Ayaz Mütəllibovu ittiham edir, məlumatın bu cür yayılmasında onun birbaşa iştirakını iddia edir. Bəs əslində bu xəbərin ilkin mənbəyi kim olmuşdu?

Anews.az
  xəbər verir ki, modern.az saytı ötən günlərdə "Xocalıda cəmi 2 nəfər ölüb” xəbərini kim vermişdi... - Düyünlər çözülür" başlıqlı yazıda bu məsələyə qismən aydınlıq gətirmişdi. 

Həmin vaxt Daxili İşlər Nazirliyinin əməkdaşı olmuş növbəti müsahibimiz olay barədə daha detallı danışıb. Daxili xidmət polkovniki, tarix üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Hikmət Xudiyev modern.az-a açıqlamasında həmin dövrdə verilmiş "Xocalıda cəmi 2 nəfər ölüb” xəbərinin necə yayılmasına belə aydınlıq gətirib:

"Xocalı soyqırımı ərəfəsində mən DİN-in mətbu orqanı olan "Mübariz keşikdə" qəzetinin nəşrinin dayandırılması ilə əlaqədar redaktor vəzifəsindən azad edilərək, Daxili İşlər Nazirliyinin Mətbuat xidməti rəisinin müavini postuna təyin olunmuşdum. Sözügedən qəzetin nəşrinin dayandırılmasının əleyhinə olduğumdan nazir Tofiq Kərimovun mətbuat işlərini həvalə etdiyi sabiq DTK əməkdaşı Əsildar Hüseynov tərəfindən sonuncu vəzifəmin də icrasından kənarlaşdırılmışdım.

Əsildar Hüseynov Xocalı hadisəsindən sonra gözlənilməyən bir mehribançılıqla məni xidməti otağına dəvət etdi. Mən həmin günü Ağdamdan qayıtmışdım. "Biz sizinlə işləyəcəyik" kimi aldadıcı manevrlər edərək mətləbə keçdi - mənə Xocalıda 2 nəfərin ölümü ilə bağlı məlumat hazırlamağımı, imzalamağımı və müvafiq qurumlara ötürülməsini tapşırdı. Mən Əsildar Hüseynova - sabiq DTK polkovnikinə - Ağdamdan gəldiyimi və ora Xocalıda həlak olan onlarla adamın meyitinin yük maşınlarında gətirildiyini, saysız-hesabsız olduğunu bildirdim. O təkidlə "hələ ki 2 nəfərin öldüyünü yazın" - dedi. Mən ona qətiyyətlə "bunu yazmayacağam" dedikdə, o rus dilində məni "uvolit" etməklə hədələdi, növbəti dəfə otağından qovdu. Sonra isə onun özü də bu müdhiş yalana imza atmadı və Xocalıda iki nəfərin ölümü haqqında xəbər səhv etmirəmsə nazir Tofiq Kərimov tərəfindən imzalandı”.


Hikmət Xudiyev Xocalı soyqırımı zamanı müdafiə naziri olan Tahir Əliyevin saytımıza dediklərinə də aydınlıq gətirib.

"Sonrakı daxili işlər naziri Tahir Əliyevin mövqeyinə gəldikdə isə ədalət naminə, onun milli məfkurədən uzaq Əsildar Hüseynovun DİN-dən uzaqlaşdırılmasına çevik mövqeyi təqdirəlayiqdir. Nazir postuna gəldiyi elə ilk günlərdə Tahir Əliyev "Xocalıda 2 nəfərin ölümü" barədəki rəsmi məlumata, həmçinin özünəməxsus ənənələri olan, 1933-cü ildən nəşr edilən "Mübariz keşikdə" qəzetinin bağlanmasına prinsipial, qətiyyətli və ədalətli mövqe nümayiş etdirdi. DİN-in tarixində çox da təkrarı olmayan hadisə baş verdi. Nazirin otağında özünə bəraət verməyə çalışan Əsildar Hüseynov "yeni şefini" aldada bilmədi. Tahir Əliyev elə həmin otağa çağırılan kadr aparatı əməkdaşının hazırladığı əmri imzalayaraq, Əsildar Hüseynovu vəzifəsindən azad, daxili işlər orqanlarından xaric etdi. Tahir Əliyevin başqa bir əmri ilə bu gün də işıq üzü görən "Mübariz keşikdə" qəzetinin nəşri bərpa olundu. Və nəhayət etnik təmizləmə və soyqırımına əsl siyasi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verildi, 1994-cü ildə Azərbaycan parlamentinin 26 fevralın Xocalı soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edildi”. 

Xatırladaq ki, Azərbaycanın Milli Qəhrəman, jurnalist Çingiz Mustafayevin sayəsində dünya Xocalı soyqırımı barədə həqiqətlərdən xəbər tutdu. 
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol