• $
  • €
  • ₽
  • ₺
  • £

Siqaretin səbəb olduğu qorxulu xəstəlik – “Buerger”in qurbanları sürətlə çoxalır

Siqaretin səbəb olduğu qorxulu xəstəlik – “Buerger”in qurbanları sürətlə çoxalır
26.02.2019 23:20
Bəzən havanın isti olmasına baxmayaraq, ayaq barmaqlarının üşüdüyünü hiss edir və ya ayağınız bir yerə dəydikdə uzun müddətə sağalmayan yaralar əmələ gəlir? Bəzən isə çox gəzərkən dincəlməyə ehtiyac duyurunuz? Əgər bu problemlərlə tez-tez qarşılaşırsınızsa və aktiv və ya passiv siqaret istifadəçisinizsə, onda siz buerger xəstəliyindən əziyyət çəkirsiniz.
 
Buerger xəstəliyi nədir?
Anews.az medicina.az-a istinadən bildirir ki, orta və kiçik ölçülü damarların siqaret istifadəsi səbəbindən tıxanması ilə meydana çıxan buerger xəstəliyi damarlarda iltihab və qan laxtasının əmələ gəlməsinə səbəb olur. Əsasən 30-50 yaş arası kişilərdə meydana çıxan bu xəstəlik son zamanlarda qadınlar arasında da yayılıb. Burger xəstəliyi  damarların daralması və sonra tamamən tıxanması ilə nəticələnir. Tıxanmış damarlar isə həmin bölgələrdə ciddi fəsadlara gətirib çıxarır.
Əlamətləri:
-Ayaqlarda ağrı,
-Yeriyərkən baldırda yaranan ağrı,
-Tüklərin tökülməsi,
-Ayaqda üşümə,
-Göyərmə,
-Sağalmayan yaralar,

-Ayaqların soyuq olması
Dırnaqlarınızı kəsərkən diqqət edin!
Bu xəstəlik əlamətlərini dırnaqlarda da büruzə verə bilər. Çünki tıxanma nəticəsində kapillyar damarlar tutulduğu üçün dırnaqlarda sağalmayan  yaralara və infeksiyaya səbəb olur. Məsələn, dırnağı kəsərkən təsadüfi bir zədə uzun zaman keçməsinə baxmayaraq, sağalmırsa, o zaman həkimə müraciət etməlisiniz. Bundan əlavə əgər barmaqlarınız daima soyuq və göyərmiş vəziyyətdə olursa onda bunu sadəcə olaraq soyuqdan üşümə kimi qəbul etməyin.  Çünki bu xəstəlik üstünə düşülmədikcə çox ciddi fəsadlara yol aça bilər.
 
Buerger xəstəliyi zamanı damarlarda yaranan tıxanma nəticəsində əllərə və ayaqlara gedən qanını miqdarını azaldır. Nəticədə də hətta əl və ayaq barmaqlarının itirilməsi də mümkündür. Xəstəliyin təsirindən sağalmayan yaralar qanqren ilə nəticələnə bilər. Müalicə zamanı ətraf toxumaların qorunması məqsədilə qanqren olan üzvlər kəsilərək kənarlaşdırlmalıdır.
Müalicəsi
Bu xəstəliyin müəyyən edilməsi və müalicəsində xəstələrin üzərinə çox böyük iş düşür. İlk əvvəl siqaret aludəçiləri bədənlərində baş verən bütün dəyişiklikləri müşahidə etməli və yuxarıda sadalanan əlamətlərə biganə qalmamalıdırlar.
Müalicə zamanı qan dövranını bərpa etmək üçün bir sıra prosedurlar həyata keçirilməlidir. Kapillyar damarları genişləndirən və qan laxtalarının əriməsini təmin edərək qanı daha axıcı hala gətirən bəzi dərmanlar tətbiq edilməlidir.
Müalicə zamanı isə ən vacib şərtlərdən biri də siqaretlə birdəfəlik vidalaşmaqdır!

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol